4DX formatındakı “Malifisenta” və “Zombilənd” dünyada böyük maraqla qarşılanıb - VİDEO

06:37 02-11-2019 | icon 128 | Film
4DX formatındakı “Malifisenta” və “Zombilənd” dünyada böyük maraqla qarşılanıb - VİDEO

“Malefisenta: Qaranlıq şahzadəsi” və “Zombilənd: Nəzarət atəşi” filmlərini gözləyənlər onu 4DX formatında izləmək fürsətinə yiyələniblər.

 

Bu zaman kinoteatrın oturacaqları yüksəldilib və aşağısında altlıqlar yerləşdirilib. İzləyicilər isə oturarkən bunun rahat bir kreslo olmayacağının fərqinə varıb. “Malefisenta: Qaranlıq şahzadəsi” filmi boyunca kreslo ritmə uyğun olaraq hərəkət edib. Bu isə insanlara yaşamadıqları bir çox duyğunu yaşama həyəcanı verib.

 

Kreslolar hərəkət edib və titrəməyə başlayıb. Hətta film zamanı yağış da yağıb. Mütəmadi külək əsib. Film boyunca “şimşək çaxıb”, hətta buna görə kreslosundan qalxanlar da olub. Seans zamanı zallardan aroma qoxusu da gəlib. Bütün bunlar 4DX formatını özündə əks etdirib. Bu, tamamilə çox maraqlı və yeni bir nüansdır.

 

Tamaşaçılar “Zombilənd”in ilk filmini bəyənibsə, ikinci hissədən də xoşhal olacaq. İlk hissəni görməyənlərin isə yumor hissi yerindədirsə, ekran işinin onların ürəyincə olma ehtimalı yüksəkdir. 

 

“Zombilənd: Nəzarət atəşi” – bu həminki ən hörmətsiz fırıldaqlardır ki, onu sələfindən bir neçə parlaq personaj və qorxudan zombiləri ilə fərqləndirir.

 

4DX formatında film izləmək əyləncəlidir. Kresloların tərpənməsi, titrəməsi və arabir su damcılarının üstünüzə düşməsi zombilərlə savaşmaq üçün idealdır. Bu izləyicinin düşüncələrini çöldə qoyub, yaxşı zaman keçirəcəyi bir filmdir. Həqiqətən çox əyləncəli və gözlənilməzdir!

 

Hər 4DX zalı 21 fərqli effektlə video ilə sinxron halda hərəkət edən kreslolardan ibarətdir.

 

Həmçinin, bu format film izlərkən yaşadığınız həyəcanı ən pik həddə çıxarır, bundan başqa, səs və video özəlliklərindən daha ümdədir. 4DX formatında 650-dən çox Hollivud filmləri nümayiş etdirilib. Bu gün 64 ölkədə, 649 zalda 75 mindən çox 4DX kreslolar mövcuddur. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI