"Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçirilib

09:39 02-11-2019 | icon 335 | Mədəniyyət
"Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçirilib

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Bərdə rayon Mədəniyyət Mərkəzində "Beynəlxalq Qarabağ Kuboku" adlı regional incəsənət müsabiqəsi keçirilib.

 

Versus.Az xəbər verir ki, müsabiqənin keçirilməsində təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Groupa məxsusdur.

 

III Qarabağ Kuboku müsabiqəsinə bölgələrdən Bərdə, Ağcabədi, Tovuz və paytaxt Bakıdan rəqs qrupları qatılıb.

"Yarışmada iştirak edən rəqs qruplarına gələcək həyatlarında müvəffəqiyyətlər diləyirəm. Gənclərə dəstək məqsədilə keçirtdiyimiz bu müsabiqədə əsas məqsəd gənclərimiz öz istedadlarından istifadə edə bilsinlər. Bizə bu işdə dəstək olan təşkilatçılara, bacarıqlı gənclər yetişdirən bədii rəhbərlərə və ədalətli seçimlər edən münsiflər heyətinə sonsuz təşəkkürümü bildirirəm. AGİ və ARA olaraq məqsədimiz bu imkanlardan istifadə edərək ölkəmizin şəhər və rayonlarında istedadlı gənclərimizdən ibarət keçirilən festival və müsabiqədə onlar arasında bir-birlərinə qarşı rəqabət apararaq, öz məharətlərini göstərməklərinə imkan yaratmaqdı.” deyə Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov bildirdi.

 

Yarışda rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, hind və solo rəqslər nümayiş olunub.


Yarışma yaş kateqoriyasına görə keçirilib: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yeniyetmələr (16 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).

Yarışmada bu nominasiyalar üzrə iştirak edilib: solo, duet, kiçik qrup (8 iştirakçı), ansambl (8-24 iştirakçı), böyük ansambl (25-50 iştirakçı).

 

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı