"Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilib

09:42 02-11-2019 | icon 366 | Mədəniyyət
"Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin iştirakı ilə (Bədii rəhbər və baş dirijor - Ağaverdi Paşayev) "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı konsert keçirilib.

 

Versus.Az xəbər verir ki, konsertin dirijoru - İlahə Həsənova, iştirakçıları isə respublika və beynəlxalq müsabiqələr laureatlarıdır: Tahir Əmrahov (tar), Orxan Soltanov (balaban), Şəhriyar Mayılzadə (tar), Əmrulla Əliyev (tar), Toğrul Abbaslı (tar), Sadiq Qasımov (xanəndə), Solmaz İbrahimzadə (vokal), İkram Abdullazadə (tar), İsmayıl Məmmədov (vokal), Fərid Nağıyev (qarmon), Məhta Behnam Məhəmmədəlizadə (qanun), Hüseyn Quliyev (tar).

 

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadənin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmışdır. Layihə çərçivəsində keçirilən hər bir tədbir gənc nəslin dünya görüşünün formalşamasında, Azərbaycan və dünya musiqisinin təbliğində əvəzolunmaz rol oynayır. Konsertlərdə Prezident təqaüdçüləri, Respublika və Beynəlxalq müsabiqələr laureatları mütəmadi olaraq iştirak edirlər. Bu isə öz növbəsində digər gənc musiqiçilərə daima öz üzərlərində çalışmaqlarına, yüksək adlara nail olmalarına təkan verir. Layihə çərçivəsində Azərbaycanın bəstəkarlıq məktəbinin layiqli davamçılarına, gənc bəstəkarlarımıza da xüsusi yer ayrılır. Gənc bəstəkarların yaratdıqları əsərlər – pyeslər, kvartetlər, orkestr üçün əsərlər, romanslar mütəmadi səslənir. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur. Proqram və janr baxımından çox zəngindir. Buraya, vokal musiqisi, fortepiano musiqisi, kamera-instrumental musiqisi axşamları daxildir. Milli dəyərimiz olan muğama da layihədə xüsusi yer ayrılıb. Gənc xanəndələrin iştirakı ilə keçirilən konsertlər böyük marağa səbəb olur. Layihə çərçivəsində gənc musiqiçilərə Filarmoniyanın aparıcı kollektivləri ilə birgə çıxışlarına da şərait yaradılır.

 

Filarmoniyanın direktoru Murad Adıgözəlzadə Milli.az saytına müsahibəsində “Gənclərə dəstək” layihəsinin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

 

“Gənclər tarixin bütün dövrlərində inkişafın hərəkətverici qüvvəsi olub. Onların gücündən səmərəli istifadə olunanda ölkə tərəqqi edir, insanların həyata baxışı təzələnir. Həmçinin dövlət idarəçiliyinin, iqtisadiyyatın, mədəniyyətin inkişafına rəvac verən mühüm işlər görülür. Ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışmalarına şərait və imkan yaradılır.

 

Ümummilli lider Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan Prezident İlham Əliyev bu gün öz fəaliyyətində ölkə gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlığının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında da gənc istedadlı musiqiçilərə xüsusi diqqət göstərilir. Məhz bu məqsədlə, “Gənclərə dəstək” layihəsi yaradılmışdır. Layihə çərçivəsində gələcəkdə həyata keçirmək arzusunda olduğumuz bir sıra planlarımız vardır. Onlardan biri də, hər ay Filarmoniyanın səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri ilə birgə "Milli musiqi alətlərimiz - milli sərvətimizdir" adlı silsilə konsertlər keçirtmək planlaşdırılır.

 

Xalqımızın milli sərvəti sayılan çalğı alətləri zənginliyi və müxtəlif növlüyü ilə seçilir. Onların əksəriyyəti qədim dövrlərdə yaranmış, təkmilləşərək dövrümüzə gəlib çatmışdır.

 

Azərbaycanda 90-a yaxın çalğı alətinin istifadə olunduğu qənaətinə gəlməyimizə əsas verir. Çalğı alətləri quruluşuna görə simli, nəfəs, zərb, özüsəslənən alətlər olmaqla qruplara bölünür. Azərbaycançılıq ideyalarının aşılanmasında xüsusi rol oynayan milli musiqi mədəniyyətimizin əsas göstəriciləri olan milli çalğı alətlərinin inkişaf etdirilməsində dövlət səviyyəsində qayğı göstərilir.

 

Milli musiqi alətləri nümunələrinin UNESKO-nun siyahısına salınması, xarici ölkələrdə keçirilən festival və müsabiqələrdə bu alətlərin ifa edilməsi ümumilikdə dövlətin bu irsə diqqət və qayğısının göstəricisidir.

 

Bu çalğı alətlərini yaşatmaq, onları insanlara sevdirmək, gələcək nəsillərə çatdırmaq vacibdir”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”