Azərbaycan Nigeriyada keçirilən musiqi festivalında təmsil olunub

12:57 02-11-2019 | icon 362 | Mədəniyyət
Azərbaycan Nigeriyada keçirilən musiqi festivalında təmsil olunub

Nigariyanın Laqos şəhərinin Musiqi Mərkəzində 23 illik tarixi olan “Celebrating Excellence İn The Art” musiqi festivalı keçirilib. 

 

Versus.Az xəbər verir ki, konserti təşkil edən Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları təşkilatının prezidenti, həmyerlimiz Billurə Bayramova Bernard qeyd edib ki, konsert ölkənin mədəni aləmində mühüm yer tutub və yerli insanlar tərəfindən maraqla qarşılanıb. 

 

“Bu il isə fərqli bir konsert proqramı ilə səhnəyə çıxdıq. Konsert müxtəlif ölkələrin Çin, Kolumbiya, Braziliya, Nigeriya və Azərbaycan rəqslərindən ibarət idi. Nigeriyanın rəqqasları tərəfindən bizim rəqslərin təqdimatı tamaşaçılarda digər ölkə mədəniyyətinə və musiqilərinə böyük bir marağın olduğunu göstərdi”.

 

Bundan əlavə, konsertin qonaqlarına "Qaval" rəqsimizi təqdim edilib və Azərbaycan haqqında kiçik film göstərilib.

 

Qeyd edək ki, Azərbaycan bu Musiqi Festivalında ilk dəfə keçən il iştirak edib. Ötən il ölkəmizi Fransada yaşayan həmyerlimiz, istedadlı pianoçu Saida Zülfiqarova və əməkdar artist Sahib Paşazadə təmsil edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol