Pis tər qoxusunun 5 təhlükəli səbəbi

11:02 04-11-2019 | icon 341 | Sağlamlıq
Pis tər qoxusunun 5 təhlükəli səbəbi

Tər qoxusu ilə mübarizədə bir çox vasitədən istifadə edirik. Bəs bəzi insanların tərindən, ümumiyyətlə, iy gəlmədiyini bilirdinizmi?

 

 

Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, alimlərin apardığı araşdırmalar nəticəsində avropalıların 2 faizinin və asiyalıların isə böyük əksəriyyətinin zülal daşıyıcı hüceyrələrin çatışmazlığı səbəbindən tər iyi vermədiyi məlum olub. Təəssüf ki, bu məsələdə hamı şanslı deyil. 

 

Tərin 98-99%-ni adi su təşkil edir və bu səbəbdən normada tərin heç bir pis spesifik qoxusu yoxdur.

 

Sağlam insanda pis tər qoxusunun əsas səbəbləri bunlardır:

 

- gigiyena qaydalarına tam şəkildə riayət etməmək

 

- sintetik, havanı buraxmayan paltar, corab

 

- çoxlu soğan-sarımsaq, yağlı, qızardılmış, ədviyyatlı qidaları istehlak etmək

 

- Hamiləlik zamanı və yeniyetməlik dövründə tərin qoxusu daha kəskin ola bilər. Bunun səbəbi orqanimzdə gedən ciddi hormonal dəyişikliklərdir. Bu hal müvəqqəti xarakter daşıyır.

 

Lakin bəzən pis tər qoxusunun səbəbi hər hansı xəstəlik və ya pozulma da ola bilər.

 

Bu pozulmalar arasında:

 

 

- Böyrək xəstəlikləri

 

- Qaraciyər xəstəlikləri

 

- Endokrin sistemi xəstəlikləri (böyrəküstü vəzi, qalxanvari vəzi xəstəlikləri, şəkərli diabet)

 

- Qadınlarda hormonal pozulmalar

 

- Həzm sistemi xəstəlikləri

 

 Əgər pis tər qoxusu sizi çox narahat edirsə, bu qoxunu aradan qaldırmaq mümkün deyilsə, mütləq həkimə müraciət edin.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür