10 siyasi partiya seçkilərlə bağlı müraciət edib

11:36 04-11-2019 | icon 304 | Siyasət
10 siyasi partiya seçkilərlə bağlı müraciət edib

Artıq bələdiyyə seçkilərində iştirak etmək üçün 15 226 passiv seçki hüququna malik vətəndaş dairə seçki komissiyalarına müraciət edib.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, namizədlər öz sənədlərini götürərək imzalar toplayırlar.

 

R.Qasımov vurğulayıb ki, dairə seçki komissiyalarına namizədlərin sənədlərinin geri qaytarılması prosesi də artıq başlayıb.

 

Onun sözlərinə görə, ümumilikdə 10 siyasi partiya öz namizədliyini irəli sürmək istəyən üzvlərinin qatılması üçün MSK-ya müraciət edib:

“Amma bundan başqa, müstəqil olaraq partiya təmsilçiləri də bələdiyyə seçkilərində fəallıq nümayiş etdirirlər. Bu günə olan məlumata əsasən, 33 siyasi partiya mənsubiyyətini qeyd edən passiv seçki hüququna malik olan vətəndaş seçkilərdə öz gücünü sınamaq niyyətindədir. Bununla bağlı sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər”.

 

Qeyd edək ki, bu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı