Fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılacaq

11:39 04-11-2019 | icon 328 | Mədəniyyət
Fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılacaq

Noyabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılacaq.

 

Versus.Az xəbər verir ki, Bakıda ilk dəfə keçiriləcək sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur.

 

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim ediləcək.

 

Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunacaq.

 

Ekspozisiyada Yakov Xalipin sovet fotoqrafiyasının “qızıl fond”una daxil olan işləri, həmkarı və müəllimi Aleksandr Rodçenko ilə birlikdə çəkdiyi fotolar, jurnallar üçün olan əsərləri və s. yer alacaq. Sərgidə Yakov Xalipin qəhrəman papaninçilərin “Şimal Qütbü-1”Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyadan, şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən Müharibəsi illərindən, Sovet İttifaqında və digər ölkələrdə müharibədən sonrakı dövrü əhatə edən fotoreportajları da nümayiş olunacaq.

 

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin Yakov Xalipin ailəsinə aid olan arxivdən eksponatlar yer alacaq. Eyni zamanda fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar, jurnallar, fotoqrafın yaratdığı tematik albomlar, üzərində çalışdığı kitablar və s. təqdim ediləcək.

 

Sərgi 2020-ci il martın 29-dək davam edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI