Hacı Zeynalabdin Tağıyevin kötükcəsi ulu babasının elində

12:43 04-11-2019 | icon 1601 | Mədəniyyət
Hacı Zeynalabdin Tağıyevin kötükcəsi ulu babasının elində

Keçən həftə hamının marağına səbəb olmuş bir hadisə baş verdi. Məşhur xeyriyyəçi, dövrünün el atası kimi adlandırılan şəxsin, Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötükcəsi, Alban Klod ilk dəfə olaraq Bakıya gəldi.

 

Versus.Az-ın məlumatına görə, ilk olaraq, təbii ki, Alban ulu babasının qəbrini ziyarət edib, nəvəlik borcunu yerinə yetirib.

 

Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binanın yerini çox yaxşı tanıyan və şəkillər vasitəsilə evin quruluşu ilə tanış olan Alban, nəhayət ki bu evin qonağı da oldu. Alban Klodu böyük sevgi və ehtiramla qarşılayan Muzey rəhbərliyi onunla görüşə H.Z.Tağıyevin Bakıda yaşayan qohumlarını da bu məkana dəvət edib. Bundan əlavə, muzeyə bu görüşlə maraqlanan həm kənardan gələn var idi, həm də KİV nümayəndələri dəvət olunmuşdu.

 

Tədbiri Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamlayıb və Alban Klodu muzeydə görməyindən xüsusi məmnun olduğunu deyib.

 

N.Vəlixanlı bildirib ki, bu gün muzeyin həyatında çox maraqlı və əlamətdar bir gündür:

"Tariximizin ən önəmli səhifələrində iz qoyan Azərbaycanın xeyriyyəçi oğlu H.Z.Tağıyev nəslinin davamçılarını muzeydə görmək bizim üçün böyük şərəfdir. Çox sevindirici haldır ki, H.Tağıyev irsinin tədqiqi və araşdırılmasını bilavasitə öz üzərinə götürən Milli Azərbaycan Tarixi Muzeyi bu gün onun Bakıda yaşayan digər qohumları ilə tanışlığına vasitəçi rolunu oynadı".

 

Versus.Az-a müsahibə verən Alban Klod söylədi ki, Bakıda və xüsusilə babasının mülkündə olmasından çox məmnundur. Özü və ailəsi haqqında kiçik bir məlumat verdi:

“Valideynlərim təqaüdçüdirlər. Atam – Jan Mari Klod uzun illər İBM-də, anam Annet Qacar Fransa Statistika Departamentində çalışıb. Mən ailənin kiçiyiyəm. Böyük qardaşım Neft kompaniyasında çalışır, bacım isə uşaq həkimidir. Mən tarixçiyəm. Paris Ali Normal Məktəbinin (ENS de Paris) tarix kafedrasını bitirmişəm. H.Z.Tağıyevin qohumu olduğumu biləndən sonra H.Z.Tağıyev və Qacarlar nəslini araşdırmağa başlamışam. İndi bu iki şəxsin sülalərinə həsr etdiyim kitab üzərində çalışıram. Məlumatları əsasən anamın nənəsi Zərintac Tağıyevanın şəxsi əşyalarının arasında görüb maraqlanmağa başlamışam. Zərintac xanım, H.Z.Tağıyevin birinci nikahından olan ikinci oğlu Sadıxın qızı idi. Sadıx, Xan Baba-xan Qacarın qızı Məliksima ilə evli idi və onların iki övladı var idi – Zeynalabdin və Zərintac. Sonralar Zərintac öz dayısı oğlu Bəhmən Mirzə Qacarla ailə qurmuşdur. Onların da iki uşağı var idi. Anam deyirdi ki, nənəmin çox ağır xasiyyəti var idi və onunla dil tapmaq çətin idi. Bunun səbəbi də bəllidir. Zərrintac Tağıyeva Bakıdan sürgün edildikdən sonra Fransaya yerləşib və ömrünün sonuna qədər orada yoxsulluqla yaşayıb. Araşdırmalarım nəticə verəndən sonra Bakıda yaşayan digər qohumlarla facebook vasitəsilə əlaqə saxlayıb tanış olmuşam. Bundan sonra Bakıya dəvət almışam və sizin qarşınızdayam. Düzünü desəm, məni bu qədər sevgi ilə qarşılayacağınızı gözləmirdim və çox şad oldum”.

 

Daha sonra zalda əyləşən H.Z.Tağıyevin digər qohumları çıxış edib və onlar da Tağıyev nəslinin nümayəndəsi Alban Klodu tanımaqdan məmnun olduqlarını bildiriblər.

 

Sonra muzey tərəfindən qonağa H.Z.Tağıyevin həyatına və xeyriyyəçilik fəaliyyətinə həsr olunmuş kitab-albom, kataloqlar hədiyyə edilib.

Sonda Alban Klodla xatirə şəkilləri çəkilib və müsahibə götürülüb.

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir