Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?

13:01 04-11-2019 | icon 421 | Gündəm
Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “AQTA maarifləndirir” rubrikası davam edir.

 

Versus.Az xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzumuz isə “Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?” mövzusunda olacaq.

 

Azərbaycanın milli mətbəxi dedikdə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbəttə, bu mətbəxi dəqiq araşdırmaq çox da asan deyil. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə digər xalqların mətbəxlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad, tam keyfiyyətləri ilə dünyada məşhurdur.

 

Xəmir xörəkləri və kulinar məmulatları isə Azərbaycan mətbəxində xüsusi yer tutur. Yay mövsümündə xəmir xörəklərindən az istifadə etmək daha məqsədəuyğundur. Çünki xəmir xörəklərindən çox istifadə etdikdə insanlarda halsızlıq və yorğunluğa səbəb olur.

Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir xörəklərindən daha çox istifadə edir-əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən. Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur.

Xəmir xörəklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul edildikdə insan orqanizmində ciddi problemlər yarada bilər. Bu yeməklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir xörəklərinin qəbulu tövsiyə olunmur, çünki həzm prosesi çətinləşir.

Yaxşı olardı ki, həftəlik qida rasionunda xəmir xörəklərindən az istifadə edilsin. Hər həftə mütəmadi şəkildə qutab, xəngəl və un məmulatlarından istifadə məsləhət görülmür. Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Belə qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir. Xəmir xörəklərini hazırlayarkən istifadə edilən una da diqqət yetirmək lazımdır. Xəmir xörəklərində əsasən kəpəkli undan, qara yulaf unundan istifadə etmək tövsiyə olunur. Çünki kəpəkli un buğda unundan fərqli olaraq, həm kalorisi aşağıdır, həm də rahat həzm olunur. Məhz buna görə də, yulaf, çovdar və kəpəkli undan hazırlanan xəmir xörəkləri daha faydalıdır.

Əgər xəmir xörəklərindən düzgün qaydada istifadə edilərsə, insan sağlamlığına heç bir zərər gəlməz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol