"Ermənistanın Dağlıq Qarabağda referendum keçirməyə heç bir haqqı yoxdur"

13:32 04-11-2019 | icon 124 | Qarabağ
"Ermənistanın Dağlıq Qarabağda referendum keçirməyə heç bir haqqı yoxdur"

Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi Yerevanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Elman Məmmədov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda referendum keçirmək təklifi səsləndirməsinə münasibət bildirərkən deyib.

 

Millət vəkili vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır:

"Dağlıq Qarabağ adlı ayrıca inzibati qurum yoxdur ki, orada nəsə bir tədbir keçirəsən. 1991-ci il noyabrın 26-na qədər Dağlıq Qarabağ Muxtar Vilayəti var idi, həmin vaxt bu qurumun statusuna xitam verildi və bu gün də mövcud deyil.

Hazırda orada tanınmamış separatçı cinayətkar qurum müvəqqəti mövcuddur və onlar da gec-tez Azərbaycan qanunları qarşısında cavab verəcəklər".

 

E.Məmmədov deyib ki, Paşinyanın Dağlıq Qarabağda referendum keçirməsi barədə təklifi beynəlxalq hüquq normalarına ziddir:

"Paşinyan görkəmindən donuz otaran erməniyə oxşayır, güc tətbiqi, küçə etirazları ilə hakimiyyəti zəbt eləyən adamdır. İkinci tərəfdən, Ermənistanın Dağlıq Qarabağa nə aidiyyəti var ki, ölkənin baş naziri Dağlıq Qarabağda referendum keçirmək təklif edir?! Bura Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Başqa bir məsələ, bu gün Dağlıq Qarabağda 50 min erməni qala-qalmaya, amma Dağlıq Qarabağın azərbaycanlı icmasının sayı 80 min nəfərdən çoxdur. Ermənilər hansı əsasla, hansı hüquqla orada referendum keçirmək istəyir? Azərbaycanda isə bu referendumun keçirilməsinə heç bir əsas yoxdur. Azərbaycan Respublikasının Konstitusiyası var və bütün hüquq və vəzifələr də bu Konstitusiya ilə təzimlənib. Ermənilərin bu prosesdə yeganə məqsədi Dağlıq Qarabağı Ermənistana birləşdirmək və ölkənin ərazisini genişləndirməkdir. Digər tərəfdən, Ermənistan Qarabağda referendum keçirirsə və ya buna niyyət edirsə, rəsmi Yerevanın münaqişə tərəfi olduğunu bir daha sübuta yetirmiş olur".

 

Milli Məclisin deputatı onu da əlavə edib ki, hazırda Nikol Paşinyanın ölkə daxilində, cəmiyyət qarşısında heç bir siyasi nüfuzu yoxdur, bu üzdən sərsəm bəyanat və təkliflərlə çıxış edir:

"Paşinyan erməni lobbisi və Dağlıq Qarabağdakı qondarma rejim qarşısındakı acizliyini açıq şəkildə dilə gətirə bilmir. Ona görə də o, Dağlıq Qarabağla bağlı hərdən sərsəm fikirlər, absurd təkliflər səsləndirməklə ölkədaxili gərginliyi yumşaltmağa çalışır". /Trend/

 

Versus.Az

Xəbər lenti

Prezidentin köməkçisindən Ermənistanın sərhəddəki təxtibatı ilə bağlı yeni AÇIQLAMA

Hikmət Hacıyev: "Ermənistanın tərəfi bu təxribatı öncədən və məqsədyönlü şəkildə hazırlanıb"

Gənc oğlan özünü parlamentin qarşısında doğradı - DİN-dən AÇIQLAMA

Təxribatçı səs yazısını yayan tapıldı - erməni imiş - VİDEO

"DADP ötən gecə yürüşün sonunda baş verən təxribatı qınayır"

Şəhid mayor Anar Novruzov doğulduğu kənddə dəfn olundu - FOTO

Prezident generalın anasına, polkovnikin oğluna zəng etdi

Səfərbərlik Xidmətindən könüllü cəbhəyə getmək istəyənlərə MÜRACİƏT

Təxribatçılarla bağlı araşdırma aparılır

“Dövlətimizə və ordumuza dəstək şüarlarını həzm edə bilmədilər”

Siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI

Ədalət Vəliyev DADP sədri ilə görüşdü

“Təklif verək, tələb qoyaq, amma ölkəmizi təhlükə altında qoymayaq”

İsveç azərbaycanlıları Stokholmu yatmağa qoymadılar! - VIDEO

Türkiyəli deputatlardan Azərbaycana DƏSTƏK: “İşğalçılar məhv edilməlidir!”

Şəhid gizirimiz Yaşar Babayev dəfn olundu

Razi Nurullayev şəhid mayor Anar Novruzovdan yazdı

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Əvəz Zeynallının projesi və alça turşusu

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Azərbaycan mətbuatı – 145

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA

Yüz illər öncə tikilmiş hamam zibilliyə çevrilib - FOTO

Karantin postları yenidən QURULDU

Heydər Əliyevə tərcüməçilik etmiş lerikli

Xalq artistinin oğlu vəfat etdi