Moskvadakı "Bakı" kinoteatrının yenidən qurulacaq binasının görüntüsü yayılıb

19:33 04-11-2019 | icon 397 | Cəmiyyət
Moskvadakı "Bakı" kinoteatrının yenidən qurulacaq binasının görüntüsü yayılıb

Rusiyanın paytaxtı Moskvadakı "Bakı" kinoteatrının yenidən qurulacaq binasının görüntüsü yayılıb.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, artıq bir neçə gündür söküntüsünə başlanılan, Usiyeviça küçəsi 12/14 ünvanında yerləşən “Bakı” kinoteatrının yenidən qurulması işləri davam edir.

 

“Bakı” kinoteatrının yenidən qurulacaq binasının müasir görüntüsü Moskva hökumətinin şəhər tikinti siyasəti kompleksinin saytında yerləşdirilib.

 

"Edisonenerqo" Açıq Səhmdar Cəmiyyəti tərəfindən aparılan yenidənqurma işlərinin 2020-ci ilin üçüncü kvartalında başa çatması planlaşdırılır.

 

“Bakı” kinoteatrının yerində eyni adlı Çoxfunksiyalı İctimai Mərkəz tikiləcək. Mərkəzin beş mərtəbəsi yerin üstündə, iki mərtəbəsi isə yerin altında olacaq.

 

Mərkəzin 2000 kvadrat metrində yenidən "Bakı" kinoteatrı fəaliyyət göstərəcək.

Müasir “Bakı” kinoteatrı beş zaldan ibarət olacaq. Bundan başqa, bu məkanda Azərbaycan mədəniyyət mərkəzinin açılacağı da planlaşdırılır.

 

Qeyd edək ki, Moskvadakı “Bakı” kinoteatrı 1974-cü ildə memarlar İ. Volkov, E. Smolina və L. Fadeyevanın layihəsi əsasında tikilib. Binanın tikilməsində ənənəvi Azərbaycan memarlığının motivlərindən istifadə olunub. Kinoteatrda 600, 70 və 60 nəfərlik üç zal olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI