9 yaşında ABŞ-da hekayələr kitabı nəşr olunan azərbaycanlı qız

08:59 05-11-2019 | icon 274 | Ədəbiyyat
9 yaşında ABŞ-da hekayələr kitabı nəşr olunan azərbaycanlı qız

O, bəlkə də dünyada yaşayan yaşca ən kiçik azərbaycanlı yazıçıdır

 

Fatima Askerin cəmi 11 yaşı var. ABŞ-ın Şimali Karolina ştatında yaşayır. Hələ 3-cü sinifdə oxuyarkən ilk kitabı ABŞ-da ingilis dilində işıq üzü görüb. Bəlkə də dünyada yaşayan yaşca ən kiçik azərbaycanlı yazıçıdır…

 

O, 2008-ci ilin fevral ayının 12-də, qarlı, şaxtalı bir gündə, Kanadada dünyaya gəlib. Həmin gün termometrin şkalası mənfi qırx beş dərəcəni göstərirdi...


Hazırda Şimali Karolina ştatının Greensboro şəhərindəki tədris ocaqlarının birində 6-cı sinifdə oxuyan Fatima çox maraqlı qızdır. Yazıçılara xas olan keyfiyyətləri yetərincədir. Ciddi görkəmi, dərindən düşünmə qabliyyəti, iti zəkası onu daha əzəmətli göstərir. Səliqəli geyinməyi xoşlayır. Dərslərini yaxşı oxuyur, oxuduğu məktəbin əlaçı şagirdlərindən biridir...

 

...Atası Əli Əsgərov ABŞ-ın Şimali Karolina Universitetinin professorudur. Anası Şəlalə Bayramova autizm cəmiyyətində inzibati işdə çalışır. Özündən böyük qardaşı Tekin isə 10-cu sinifdə oxuyur...

 

Fatimanın “Aya və Maya” adlı ilk hekayələr kitabı uğurlu olub. Nyu York və Mayamidə keçirilən kitab sərgisində nümayiş etdirilib. Satışından iki dəfə qonarar alıb. Hazırda növbəti kitabın üzərində işləyir. Dediyinə görə, bu kitab son illərdə ərsəyə gətirdiyi poveslərdən ibarət olacaq...

 

Mütaliə etməkdən zövq alır. O qədər sürətli oxuyur ki, gündə 200-250 səhifə mütaliə edə bilir. Məktəbdə ən çox kitab oxuyan şagird kimi nüfuz qazanıb, adı həmişə iftixarla çəkilir. İdmanın yüngül atletika növü ilə məşğul olmağı xoşlayır. Gözəl rəqs edir, pianoda səlis ifa etməyi bacarır...

 

Azərbaycan, ingilis dillərində sərbəst danışan bu istedadlı soydaşımızın ən böyük arzusu həm yazıçı və həm də diş həkimi olmaqdır. İstəyir ki, qazandığı uğurlarla Azərbaycana başucalığı gətirsin...

 

Yaşı az olsa da müdriklər kimi düşünməyi bacarır. Saf və xoş niyyətli insandır. Azərbaycanda yaşayan həmyaşıdlarına isə tövsiyyəsi belə oldu:


-“İstəyirəm ki, azərbaycanlı uşaqlar dərslərini yaxşı oxusunlar. Yaradıcı düşüncələrlə yaşasınlar. İdmanla mütəmadi məşğul olsunlar. Uğurlara imza atmağın bir yolu var- çalışmaq, çalışmaq, yenə də çalışmaq"...

Elman Eldaroğlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır