“Özümüz yaralı olsaq da, meyidləri toplayırdıq”

09:19 05-11-2019 | icon 376 | Şəhidlər və şahidlər
“Özümüz yaralı olsaq da, meyidləri toplayırdıq”

Tahir Məmmədov: “Heç kimə meyidə baxmağa icazə verilmirdi”

 

 

1992-ci il avqust ayının 4-də biz Pircahanda olanda hələ axşamdan texnika səsləri eşidilirdi. Səhər açılanda saat 10 radələrində artıq hər yanı güllə səsləri bürümüşdü. Mən onda birinci rotanın 3-cü “vzvod”unun komandiri idim. Komandir rotamız Rəhman İsgəndərov postları gücləndirmək və hər kəsin döyüş mövqeyi tutması üçün gərəkən əmrləri də vermişdi. Bizə də Pircahan çayının üstündə döyüş mövqeyi tutmaq əmr olunmuşdu.

 

Hər kəs əmr olunan döyüş mövqeyini tutdu, o cümlədən biz də. Düşmən qüvvələri bizm mövqeləri qrad qurğularından, BMP-dən, ağır artilleriyadan atəşə tuturdu. Ətrafımızda çoxlu mərmilər partlayırdı. Mən öz “vzvod”umla döyüş mövqeyimizi tutandan sonra irəli atılıb ermənilərə atəş aşmaq istəyirdim. Bu zaman düşmən qüvvələrinə məxsus BMP-dən atılan mərmi düz yanımıza düşdü. Biz həmin mərmi zərbəsindən sonra şəhid verdik, özüm də yaralandım.

 

Erməniləriin atdığı mərmi döyüşçü qardaşlarımızdan Məmmədov Camal, Baxışov Rəşid, Məmmədov Sarvan və Fərəcov Etibarın ölümü ilə nəticələndi. Elə mən özüm də yaralanmışdım. Ancaq hələ ki, çoxlu qan itirmədiyimdən Şəhid qardaşlarımızın meyidlərini Qaliblə birgə yığırdıq. Biz Şəhidlərimizi UAZ maşınına qoyduq. Eyni zamanda UAZ-ın sürücüsü Qalib də yaralı idi. Bizi Qaz-69-la Ərikliyə gətirdilər. Orada bizim tibb məntəqəmiz var idi. Etibarı mən yolboyu qucağımda saxlamışdım. O, hələ sağ idi. Etibarın bütün yaralı nahiyələrini rezindən istifadə etməklə ilkin yardımı göstərmişdim. Ancaq o biri qardaşlarımız artıq Şəhid olmuşdular.

 

Biz Ərikliyə çatanda çoxlu qan itirdiyindən artıq Etibar da sistem köçürüləndə şəhid oldu. Yaralı halda olsam da şəhid qardaşlarımızın cənazələrini Kəlbəcərə gətirdik. Orada Əzizağanı da gördüm. Meyidləri götürüb içəri aparıb yumaq üçün adam tapa bilmirdim. Özüm Kəlbəcərdə hamamda şəhid qardaşlarımızı islami qaydalarla yudum. Qalib Kəlbəcərdə müalicəyə qaldı, əvəzində Əzizağa maşına mindi.

 

Sonra 701 npmrəli briqadanın komandiri “Zaur” kimi tanıdığımız Zadir Rzayev Qılınclıda məni danışdırıb bunun hansı situasiyada baş verdiyini öyrəndi. Və oradan şəhidlərimizi Bakıya gətirmək üçün yola düşdük.

 

Həm ac, həm də susuz idik. Hacıkənddən keçəndə təndirdə bişirilən çörəkdən istəsək də, hansı səbəbdənsə bizə çörək vermədilər. Uşaqlar əsəbləşsələr də, bütün vasitələrdən istifadə edərək onları artıq əskik hərəkət etmələrinə imkan vermədim. Uşaqlardan biri elə Etibarın əmisi oğlu idi. Dedim ki, bizə burada artıq hərəkət etmək yaraşmaz. Çörək bişirilən sexə gəlib pulumuzla çörək istəsək də, orada da bizə çörək verən olmadı.

 

Biz oradan Hacıqabula gəldik. Mənim xalam qızı orada olurdu. Xalam qızının evində bir az çörək yeyəndən sonra özümüzə gəldik. Sonra yenidən Bakıya yön aldıq. Birbaşa qərargaha gəldik. Orada Alışla yanaşı MTN-dən də adam var idi. Bizi danışdırdılar. Məni də qan aparırdı. Halım pisləşsə də, şəhid qardaşlarımızı Təzə Pirdə yuduzdurandan sonra Şəhidlər Xiyabanında dəfn elədik.

 

Sonradan həmin şəhid qardaşlarımın hər birinin məclisində iştirak etdim. Hətta Xırdalanda Camalın bacısı məni öldürürdü ki, o basdırılan mənim qardaşım deyil. Burada da heç kimə meyidə baxmağa icazə verilmirdi, Camalın bacısı havalanmışdı. Mən də ona təskinlik verdim ki, bu qardaşlar hər biri mənim yanımda şəhid olublar, onların yuyulmasını da mən özüm həyata keçirmişəm...

 

İgid Teymurlu
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın