Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

12:46 05-11-2019 | icon 373 | İdman
Bədii gimnastlarımız Belçikadan qızıl medallarla qayıdıb

31 oktyabr – 3 noyabr tarixlərində Belçikanın Gent şəhərində bədii gimnastika üzrə ənənəvi “Happy Cup” adlı beynəlxalq turnir keçirilib.

 

Azərbaycan Gimnastika Federasiyasından Versus.Az-a bildirilib ki, bu turnirdə ölkəmizi Fatimə Əkbərova, Gövhər İbrahimova, Kamilla Seyidzadə, Mədinə Dəmirova, Kamilla Əliyeva, Alina Gözəlova və Məryəm Əliyeva təmsil edib.

 

Gimnastlarımız arasında ən yaxşı nəticəni 2009-cü il təvəllüdlü gimnastların yarışında çıxış edən Gövhər göstərib. O, həm çöxnövçülükdə, həm də iplə kompozisiyasına görə qızıl medal qazanıb. Bu yaş qrupunda yarışan Məryəm Əliyeva isə çoxnövçülükdə 6-cı yeri tutub.

 

Növbəti qızıl medalların sahibi Kamilla Seyidzadə olub. O, 2007-ci il təvəllüdlü gimnastlar arasında fərqlənərək, həm çoxnövçülük, həm də topla fəxri kürsünün 1-ci pilləsinə yüksəlib. Bu yaş qrupunda çıxış edən digər gimnast Mədinə çoxnövçülükdə 12-ci olub.

 

Gənclər yaş qrupunda çoxnövçülükdə mübarizə aparan Alina 6-cı, Kamilla Əliyeva isə 8-ci yerdə qərarlaşıb.

Böyüklər arasında yarışan Fatimə Əkbərova çöxnövçülük yarışlarında 6-cı olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI