Kiyevdə Nəsimi adına kompleksin təməlqoyma mərasimi keçirilib

14:30 05-11-2019 | icon 419 | Mədəniyyət
Kiyevdə Nəsimi adına kompleksin təməlqoyma mərasimi keçirilib

Ukraynanın paytaxtı Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsimi adına çoxfunksional kompleks binasının təntənəli təməlqoyma mərasimi keçirilib.

 

Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumata görə, səfirliyin təşəbbüsü və sifarişi ilə tikiləcək mədəni-tarixi kompleksdə Nəsimi adına Mərkəz, muzey, konfrans zalları fəaliyyət göstərəcək. Bundan başqa kompleksdə Qonaq Evi də fəaliyyət göstərəcək.

 

Təməlqoyma mərasimindən öncə səfirliyin əməkdaşları kompleksin qarşısında yerləşən parkda ucaldılan Nəsiminin heykəli ətrafında abadlaşdırma işləri aparıblar, yeni ağaclar əkiblər. Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev təməl daşını atıb.

 

Bu binanın 2020-ci ilin dekabrında istifadəyə veriləcəyini qeyd edən səfir bildirib ki, Nəsimi irsinin öyrənilməsi və təbliği üçün belə bir kompleksin olması vacibdir:

“Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili”nin elan edilməsindən sonra səfirliyin təşəbbüsü ilə mərkəzi parkların birində Nəsiminin heykəli ucaldılıb. Bu gün də çoxfunksional kompleksin təməlqoyma mərasimi “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlər planının tərkib hissəsidir”.

 

Səfir bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında tanınmış azərbaycanlı mütəfəkkirlərin irsinin dünyada təbliği istiqamətində çox önəmli layihələr gerçəkləşdirilir.

 

Qeyd edək ki, binanın inşası azərbaycanlı investorların sahib olduğu “Drujba Narodov SND” şirkəti tərəfindən həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı