Hansı dərmanı hansı saatda qəbul etməli?

15:48 05-11-2019 | icon 419 | Sağlamlıq
Hansı dərmanı hansı saatda qəbul etməli?

Hər dərmanın öz vaxtı var. Bu, preparatın təsirindən və xəstəlikdən asılıdır. Bəzi dərmanlar üçün vaxtın önəmi yoxdur, amma bəziləri var ki, onları hər gün eyni vaxtda və mütləq səhər və ya axşam qəbul etməlisiz.

 
 
Ekspertlərin fikrinə görə, 30% dərmanlar düzgün vaxtda qəbul edilmir. 
 
Son araşdırmalar göstərib ki, təzyiq dərmanını səhər oyanan kimi yox, gecə qəbul edəndə daha efektivdir.
 
 
Versus.Az Medicina.az-ın hansı dərmanların hansı saatda qəbul edilməsi ilə bağlı araşdırmasını təqdim edir.
 
 
Siz anakgetikləri, yəni ağrıkəsiciləri saat fərqi olmadan qəbul edə bilərsiz.Eləcə də dərmanlar arası intervala diqqət yetirin. Parasetamol, ibuprifen, analgin qəbulundan sonra digər dərman və ağrıkəsici ən azı 4 saatdan sonra qəbul edilməlidir.
 
 
Oral kontraseptivləri eyni vaxtda qəbul etmək vacibdir. 
 
 
Yuxugətirici antihistaminlər, allergiya dərmanları, sakitləşdirici, yuxu dərmanları yatmazdan 1 saat öncə qəbul edilməlidir. 
 
 
Amitripllin kimi dərman da gecə qəbul edilməlidir. 
 
 
Sidikqovucular səhər qəbul olunmalıdır ki, gecə tualetə qalxmayasız.
 
 
Lipid və xolesterin azaldıcı dərmanlar, məsələn simvastatin gecələr aktiv olur. Onları yatmazdan əvvəl qəbul edin.
 
 
Psoriaz və revmatoid artrit kimi xəstələrin istifadə etdiyi metotreksatı həftənin eyni günündə, həftədə cəmi 1 dəfə qəbul etmək lazımdır. Əgər siz onu tez-tez, 1-2 gündən bir qəbul etsəz bu çox böyük səhvdir və hətta ölüm təhlükəsi var.
 
 
Təzyiq dərmanları
 
Orqanizmdə arterial təzyiqi nizamlayan sistem hormonal renin-anqiotenzin-aldosteron sistemdir. Bu sistem stress, təzyiq, damardan qan vurulmasına reaksiya verir. Və bu sistem gecələr akltiv olur. Ona görə bu vaxta kimi səhərlər təzyiq dərmanını at prinsipi qüvvədən düşür. İndi gecələr təzyiq dərmanını atmaq tövsiyyə olunur. Bu böyrəklərin də dərmanlardan ziyan görməsinin qarşısını alır.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol