Dövlət orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsahibə elan edilib

16:39 05-11-2019 | icon 390 | Cəmiyyət
Dövlət orqanlarında vakant olan vəzifələrin tutulması üçün müsahibə elan edilib

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilib.

 

Dövlət İmtahan Mərkəzindən Versus.Az-a verilən məlumata görə, müsahibə 11 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə aparılacaq.

 

Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 20-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 40-ı B növü vəzifələrə (inzibati-icraçı) aiddir.

 

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsində şöbə müdiri, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Maliyyə Nazirliyinin Ortamüddətli xərclər çərçivəsinin hazırlanması mərkəzində direktor müavini vəzifələridir.

 

Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyində 17, Dövlət Statistika Komitəsində 10, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 10, Şəki Apelyasiya Məhkəməsində 7, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 5, Ali Attestasiya Komissiyasında 4, Maliyyə Nazirliyində 2, Mədəniyyət Nazirliyində 2, Hesablama Palatasında 1, Milli Arxiv İdarəsində 1, Şirvan Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 60 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

 

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

 

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə noyabrın 25-i saat 18:00-dək (20 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...