Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb

17:20 05-11-2019 | icon 139 | Sosial
Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb

Heydər Əliyev Fondu hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsini üzərinə götürüb.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, bu barədə O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

 

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu həyat yoldaşının müalicəsi ilə bağlı məsələlərin həlli ilə məşğul olacaq.

 

F.Gülalıyeva Heydər Əliyev Fondundan ona zəng edərək, O. Gülalıyevin vəziyyəti ilə maraqlandıqlarını deyib. O qeyd edib ki, Fond Oqtay Güləliyevin müalicəsi üçün Türkiyədən həkimlər dəvət edib.

F.Gülalıyeva həyat yoldaşının vəziyyətinin ağır olduğunu da deyib:

“Oqtayın vəziyyəti çox ağırdır, komadan ayılmayıb”.

 

Qeyd edək ki, Oqtay Gülalıyev oktyabrın 29-u saat 17:20 radələrində 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyev üzərində cərrahiyyə əməliyyatı keçirilib.

 

Hazırda müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...

Türkiyə viza müddətini 90 günədək uzatdı