Macar musiqiçilərinin konserti olacaq

01:00 06-11-2019 | icon 335 | Mədəniyyət
Macar musiqiçilərinin konserti olacaq

Beynəlxalq Muğam Mərkəzi Macarıstan səfirliyinin dəstəyi ilə “Macarıstan musiqisi axşamları” adlı konsert proqramı təqdim edəcək.

 

Beynəlxalq Muğam Mərkəzindən Versus.Az-a verilən məlumata görə, paytaxt sakinləri və şəhərimizin qonaqları noyabrın 11-12 və 14-də macar xalq musiqisindən ibarət müxtəlif janrlarda ifa edən macar musiqiçilərinin ifalarını dinləmək imkanı qazanacaqlar.

 

Üç gün ərzində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Macarıstanın Avropada məşhur nəfəs alətləri qrupunun “Cantores Esslesiae” solistləri və zambalın misilsiz qarışığı olan musiqi ilə Bakı tamaşaçılarına klassik musiqi şedevrlərini təqdim edəcəklər. “Evrovision” mahnı müsabiqəsinin iştirakçısı müğənni Magyar Borinin təqdimatında “disklend” üslublu “smokey” caz gecəsi də layihənin yaddaqalan konsertlərindən biri olacaq. Tamaşaçılar macar musiqisi axşamlarında, həmçinin cymbalum alətinin tanınmış ifaçısı Csurkulya Jozefin ifasında macar xalq musiqisinin ruhunu hiss edəcəklər.

 

Biletləri şəhərin kassalarından, itiket.az və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

 

Qeyd edək ki, Muğam Mərkəzi beynəlxalq əlaqələrini genişləndirərək yeni layihələrə imza atır. Mərkəz ölkəmizdə fəaliyyət göstərən səfirliklərə birgə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq ikitərəfli konsert proqramları və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı