Yuxu zamanı beynimiz onurğa mayesi ilə yuyulur

01:56 06-11-2019 | icon 419 | Maraqlı
Yuxu zamanı beynimiz onurğa mayesi ilə yuyulur

İnsan yuxuda olarkən onun beyninə onurğa beyin kanalından maye axır və bu maye beyin üçün zərərli olan toksiki qalıqları toxumalardan yuyur.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, Boston Universitetinin alimləri 13 könüllü üzərində müşahidə aparıblar. 
 
Onlar yuxuya getdikdən sonra MRT vasitəsilə beynin aktivliyi izlənilib. Bu zaman alimlər onurğa beyin mayesinin hərəkətini də görüblər. 
 
 
Məlum olub ki, delta dalğalar yarandığı an beynin toxumaları pulsasiya edici dalğalarla onurğa beyin mayesi tərəfindən sanki yuyulur. 
 
 
Dərin yuxu fazasında beyin neyronlarına aktiv qan, oksigen lazım olmur və beyində qan dövranı azalır. Bu zaman toxumalarda təzyiq düşür, bu zaman onurğa beyin mayesi rahat şəkildə beyin toxumalarına doğru axın edir. Onun dalğaları hər 20 saniyədən bir beyni yuyur. 
 
 
Onurğa beyin mayesi axını, qan dövranı və beyin dalğaları ayrı-ayrılıqda yox, birlikdə bir prosesdə iştirak edir və beynə zərərlik artıq məhsulları, toksinləri çıxarır. 
 
 
Həqiqətən də Alsgeymer xəstəliyi olanlarda yuxu zamanı onurğa beyin mayesinin pulsasiyası çox zəif olur. Ona görə bu şəxslərdə toksinlərin toplaşması sürətlənir və demensiya inkişaf edir.
 
 
Ona görə gənc və orta yaşlarda 7-8 saatlıq yuxu rejiminə əməl etmək vacibdir. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF