Beynəlxalq Muğam Mərkəzində Şirvan aşıqlarının konserti olacaq

08:37 06-11-2019 | icon 372 | Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzində Şirvan aşıqlarının konserti olacaq

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsində Şirvan aşıqlarının konserti təqdim ediləcək.

 

AMEA-dan Versus.Az-a verilən məlumata görə, Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin konserti noyabrın 8-də, saat 19:00-da keçiriləcək. 

 

Aşıq musiqisi axşamları"nın budəfəki konsertində Şirvan aşıq məktəbinin nümayəndələri iştirak edir. Gecədə tanınmış aşıqlardan Əvəzxan Xankişiyev, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı və digər  sevilən aşıqların ifaları təqdim olunacaq.

 

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

 

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir.  Bu silsilədən "Muğam axşamları", "Dastan gecələri", "Etnik musiqi inciləri", "Aşıq musiqisi axşamları"nı qeyd edə bilərik.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı