AXCP sədr müavini: Dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır
Ehtiram Mehtiyev: "Bu saxta niyyətin uzunömürlü olmasına ehtimallar çox azdır"
"Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq müxalifətin birləşməsini, bir amal uğrunda mübarizə aparmasını dəfələrlə təklif etmişik".
Bu sözləri Versus.Az-a açıqlamasında AXCP sədr müavini Ehtiram Mehtiyev deyib.
Sədr müavini vurğulayıb ki, bu, nəinki partiya olaraq AXCP-nin, eyni zamanda xalqın da tələbidir:
"İqtidara ciddi siyasi müqavimət təşkil etmək üçün müxalifət arasında olan çəkişmələrə, dedi-qodulara, qarşılıqlı ittihamlara son qoyulmalıdır. Bunun üçün də şəxsi maraqlara xidmət edən müxalifət deyil, ölkəsinin və xalqının yanında olan müxalifətin birləşməsinə ehtiyac var. "Müxalifətin dəyirmi masası" mənə Milli Şuranın ilk toplantısını xatırlatdı. Mahiyyət etibarı ilə eyni olan bu toplantıda dəyişən Rüstəm İbrahimbəyovun yerində Əli İnsanovun olmasıdır".
E.Mehtiyevin fikrincə, bu saxta niyyətin uzun ömürlü olmasına ehtimallar çox azdır. Çünki onlar ölkənin problemlərini həll etmək potensialına malik deyillər:
"Siyasi oyunbazlar zamanında belə dəyirmi masa arxasında çox birləşiblər. Lakin bir neçə aydan sonra bir-birilərinə ağır ittihamlar irəli sürərək parçalanıblar. Bu səbəbdən də xalqın belə birliyə inamı və güvəni yoxdur”.
SEVDA
Versus.Az
Xəbər lenti
Xalq artistindən "papaqatdı"ya ETİRAZ
“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər”