Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisinin açılışı olub

00:49 07-11-2019 | icon 452 | Mədəniyyət
Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisinin açılışı olub

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı fərdi sərgisi açılıb.

 

Versus.Az xəbər verir ki, sərgi Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Təsviri Sənət üzrə Dövlət Ekspert Komissiyasının sədri, professor Çingiz Fərzəliyevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsviri sənətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilməsinə həsr olunub.

 

Tədbirdə Fransanın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Zakari Qros, Mədəniyyət naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Çingiz Fərzəliyevin rəssamlıq fəaliyyətindən danışıb. Onun sözlərinə görə, Ç.Fərzəliyev bir rəssam kimi Azərbaycandan kənarda çox-çox əvvəl tanınıb:

"Onun Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru kimi fəaliyyəti də göz önündədir. Onun zövqü, işgüzarlığı muzeyi yüksək səviyyəyə qaldıra bilib. Burda keçirilən sərgilər, görüşlər çox yüksək səviyyədə təşkil olunur. Bu da Çingiz Fərzəliyevin qəlbi, zəhməti ilə bağlıdır. Rəssam nə qədər ictimai işlərlə məşğul olsa da, onun həyatı onun emalatxanasındadır. Bu gün isə biz Çingiz Fərzəliyevin bu həyatı ilə tanış olacağıq".

 

Mədəniyyət naziri Əbülfəs Qarayev isə bugünkü sərginin çoxdan gözlənilən və uzun müddət öz əhəmiyyəti ilə mövzu olmuş hadisə olduğunu bildirib:

"İş orasındadır ki, ötən il Çingiz Fərzəliyevin yubileyi ərəfəsində cənab Prezident İlham Əliyev onun zəhmətini yüksək qiymətləndirərək "Şöhrət" ordeni ilə təltif edib. O, bir rəssam kimi ölkəmiz üçün xeyli işlər görüb. Təsadüfi deyil ki, onun fəxri adları sırasında müxtəlif ölkələrin nüfuzlu orden və mükafatları yer alır. Biz bu sərgini çoxdan gözləyirdik. Onun yaradıcılıq yenilikləri bizim hamımızın diqqət mərkəzində idi. Çingiz müəllim öz yaradıcılığını səfərbər edərək, cənab Prezidentin qiymətini yüksək dəyərləndirərək bu sərgini təşkil etdi. Mən əminəm ki, o, bundan sonra da öz yaradıcılığına davam edəcək".

 

Sonra Xalq rəssamı Ömər Eldarov, Gürcüstanın keçmiş Mədəniyyət naziri Valerian Asatiani, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, deputat Rafael Hüseynov və başqaları çıxış ediblər.

 

Sonda Ç.Fərzəliyev çıxış edərək yaradıcılığına verilən qiymətə və Azərbaycan Milli İncəsənət Muzeyinə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Qonaqlar daha sonra sərgi ilə tanış olublar.

Çingiz Fərzəliyev yaradıcılığının bütün sahələrini əhatə edən sərgidə rəssamın ilk sənət təcrübələri zamanından bu günümüzədək ərsəyə gətirdiyi əsərləri təqdim olub. Eləcə də, iştirakçılar ekspozisiyada Çingiz Fərzəliyevin tədqiqat fəaliyyəti ilə tanış olublar. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol