Deputat pensiya alanların sayının azalacağını proqnoz etdi
Razi Nurullayev: "Cavan yaşlarında ölənlərin sayı çoxalıb"
“İldən-ilə pensiya alanların sayının azalacağını proqnoz edirəm. Pensiya yaşını artırmaq yox, azaltmaq lazımdır. Ciddi addımlar atmalıyıq”.
Bunu Versus.az-a deputat Razi Nurullayev son vaxtlar cavan yaşlarında ölənlərin sayının çoxalması ilə bağlı açıqlamasında bildirib.
Bir ay ərzində seçildiyi İmişli rayonunda 15 yas məclisində iştirak etdiyini deyən deputat, ölənlərin 40 yaşına çatmayan şəxlər olduğunu, əsasən onkoloji və ürək xəstəliklərindən dünyalarını dəyişdiklərini qeyd edib:
“Ölümlər və xəstəliklər çox cavanlaşıb. Həyacan siqnalı çalmaq zamanıdır. Həm də tibbi əlçatanlığı artırmalıyıq”.
LƏMAN
Versus.az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"