Bu iki komanda Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqəni təmin etdi

01:03 07-11-2019 | icon 518 | İdman
Bu iki komanda Çempionlar Liqasının 1/8 mərhələsinə vəsiqəni təmin etdi

UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun iki oyunu artıq bitib. 

 

“Bavariya” öz meydanında, “Yuventus” isə səfərdə qələbə qazanıb. 

 

Almaniya təmsilçisi Yunanıstanın “Olimpiakos” komandası ilə görüşdə iki cavabsız qol vurub. Qolları 69-cu dəqiqədə polşalı Robert Levandovski və 89-cu dəqiqədə xorvatiyalı İvan Perişiç vurub. Bununla da münhenlilər 12 xalla 1/8 mərhələnin biletini təmin ediblər.

 

D qrupunda isə İtaliyanın “Yuventus” klubu Moskvada 1:2 hesablı qələbə qazanıb. Hesabı 4-cü dəqiqədə qonaqlardan Aaron Remsi açıb. 12-ci dəqiqədə Aleksey Mirançuk bərabərlik qolu vurub. Lakin əlavə olunmuş dəqiqələrdə “Yuventus”un oyunçusu Duqlas Kosta mükəmməl qolu ilə komandasını irəli çıxara bilib. Bununla da “Yuventus”un xallarının sayı 10-a çatıb və növbəti mərhələni təmin edib. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol