“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

01:17 07-11-2019 | icon 3514 | Sağlamlıq
“İstənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır”

Nərminə Abbasova: “Bir çox infeksion xəstəliklərin törədicisi Herpes virusudur”

 

“40 yaşdan yuxarı insanların 90%-i ömründə ən az bir dəfə herpeslə qarşılaşmış olur ki, onların qanında antitellər tapılır. Herpesin ağırlığı əsasən immun sistemin vəziyyətilə bağlıdır. Sadə herpes ilk növbədə dəri, selikli qişalar, sinir sistemi və digər orqanları zədələyir.

 

Bu barədə Versus.Az-a danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, bir çox infeksion xəstəliklərin törədicisi herpes virusudur:

 

“Herpes həm də dağınıq skleroz, xroniki yorğunluq sindromu və bəzi onkoloji xəstəliklərin səbəbi kimi məlumdur. Əksər insanlar herpesə yoluxmalarından xəbərsiz olurlar. Bəzən herpes digər virus infeksiyaları – KRVİ, Qripp ilə eyni vaxtda aktivləşir. Həm də məlumdur ki, herpes stress, ağır fiziki işlər və əməliyyatlardan sonra üzə çıxır”.

 

Nərminə xanım deyir ki, herpes xəstə insandan kontakt yolu ilə - toxunma, əl sıxma, qucaqlaşma, öpüşməklə, həmçinin şəxsi gigiyena vasitələri və məişət əşyaları ilə yoluxur:

 

“Genital herpes cinsi yolla yoluxur. Həmçinin hamiləlik dövründə herpes anadan dölə yoluxa bilər. Hazırda herpesin 8 tipi var və hər birinin xarakterik əlamətləri mövcuddur. 1-ci tip herpes üzdə, əsas da dodaqlarda xırda səpgilər şəklində özünü büruzə verir. 2-ci tip herpes zamanı əsasən genital (cinsi orqanlar) nahiyyədə dəri və selikli qişalar zədələnir. Herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər. 3-cü tip Herpes (suçiçəyinin törədicisi) - uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrovu yaradır. Suçiçəyi zamanı səpgilər tək-tək olub, başın tüklü hissəsində və bütün bədən boyunca yayılır. Kəmərvari dəmrov isə yalnız sinir kökləri və sinirlər boyunca yayılır. Tipik kəmərvari dəmrov gövdədə, qabırğaarası sinirlər boyunca yayılır və şiddətli ağrı ilə müşayiət olunur. 3-cü tip herpes həmçinin bronxit, pnevmoniya, meningit, miokarditə səbəb ola bilər.

4-cü tip herpes (Epşteyn-Barr) infeksion nukleozu törədir. Əlamətləri - angina, hepatit və limfadenopatiyadır. Xəstəliyin ağırlıq dərəcəsi immun sistemdən asılı olaraq, bəzən ağır hepatit, sarılıq və intoksikasiya ilə keçə bilər. 5-ci tip herpes (sitomeqalovirus) böyüklərdə daxili orqanları - qaraciyər, ağ ciyərlər, ürək və böyrəkləri zədələyir. Bu virus xüsusilə döl və yenidoğulmuşlar üçün təhlükəlidir. Əgər qadın hamiləlik dövründə bu virusa yoluxarsa, dölün bətndaxili ölümü, doğuşdan sonra isə korluq və ya yenidoğulma dövründə ölümlə nəticələnə bilər.

6-cı tip herpes sinir sistemini zədələyərək depressiya, emosional problemlərə yol aça bilir. Bəzi mənbələrə görə bu tip həm də xərçəng xəstəliyinə səbəb olur. 7-ci tip herpes xroniki yorğunluq sindromunun inkişafına təkan verir. 8-ci tip herpes isə QİÇS xəstələrində Kapoşi sarkomasını törədir”.

 

Həkim-terapevtin qeyd etdiyi kimi, Herpes ciddi sağlamlıq problemləri və bəzən letal nəticələrə səbəb ola bilər. Bu səbəbdən istənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır:

 

“Vaxtında və düzgün qoyulmuş diaqnoz və kompleks müalicə tədbirləri sağlamlığı qorumağa yardımçı olacaq. Herpesdən qorunmağın 2 əsas yolu var – birincisi, immun sistem möhkəm və sağlam olmalıdır, ikincisi, şəxsi gigiyena qaydalarına maksimum riayət edilməlidir”.

 

DİQQƏT!

Əgər Herpes virusu haqqında daha geniş məlumat almaq və ya müalicə olunmaq (yaxud yaxın adamınızı müalicə etdirmək) istəyirsinizsə, Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəziniə - həkim-terapevti Nərminə Abbasovaya müraciət edə bilərsiniz:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür