"İlqar Məmmədov qaydasız oynayır"

09:26 07-11-2019 | icon 333 | Siyasət
"İlqar Məmmədov qaydasız oynayır"

"Həyatlarını, ailələrini hər an riskə qoyan insanlar təcrübə dovşanları deyil"

 

Ötən gün "Real" Partiyasının sədr müavini Azər Qasımlının istefasından sonra həyat yoldaşı Samirə Qasımlı partiyaya və partiya sədri İlqar Məmmədova məktub ünvanlayıb.

 

Versus.Az xəbər verir ki, S.Qasımlı məktubu şəxsi "Facebook" səhifəsində paylaşıb. O, məktubunda "Real" sədri İlqar Məmmədovun partiyadaxili siyasətindən narazılığını ifadə edib:

 

“İlqar bəy qaydasız oynayır, açıq oynamır. Sədrin xarakterindəki tərslik əgər sabah ona “mən öz partiyamı yaradıram” fikrini diktə etsə, heç təəccüblənmərəm. Bu yolun sonu istəsək də, istəməsək də ayrılıq olacaqdı. Bəri başdan, yəni enerjimizi xərcləmədən ayrılaq…

Bir məsələyə də toxunmaq istəyirəm. Çox təəssüf ki, bu gün “facebook”-da qarşılaşdığım açıqlamalarda, yaxud reaksiyalarda partiyadaxili “islahatların” heç kim mahiyyətinə varmır, struktur dəyişikliyinin mahiyyətini müzakirə etmir, əksinə hamı deyir ki: “oturun gözləyin, partiyanın strukturları buraxılsın, əgər iş getməsə, hər şey pis olsa, onda hərəkət edərsiniz. Vaxt vermək lazım idi, əgər strukturların ləğvi uğur gətirməsə, yenidən partiya yığarsınız”. Bu kimi qeyri-ciddi yanaşma göstərən insanlara yalnız bir söz deyə bilərəm. Siyasət labaratoriya deyil. Və həyatlarını, ailələrini hər an riskə qoyan insanlar da laboratoriyada təcrübə dovşanları deyil".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı