"BMT-də revanşist qüvvələrin xəyalları püç oldu"

16:20 17-08-2023 | icon 643 | Siyasət
"BMT-də revanşist qüvvələrin xəyalları püç oldu"

Ramil Hüseynov: “İstənilən halda bu, bizim xeyrimizə olan proses idi”

 

“Əslində ölkəmizin ərazi bütövlüyü məsələsinin BMT təhlukəsizlik şurasında müzakirəsi BMT-nin bütün bəşəri dəyərlərə ziddir, baxmayaraq ki, müzakirələrin nəticəsi bizi qane edir. Bir daha dünyada bəşəriyətdə ədat prinsiplərinin maraqlar və ambisiyalar ustundə qurulmasının şahidi olduğu Ermənistanın növbəti həyasız və riyakar təxribatları fiaskoya uğradı”.

 

Versus.Az xəbər verir ki, bu fikirləri açıqlamasında Yeni Xətt Müstəqil Siyasi Tədqiqatlar Mərkəzinin sədri Ramil Hüseynov deyib.

 

O, bildirib ki, biz onların iç üzünü 44 günlük möhtəşəm qələbimizdə dünyaya göstərsək də, amma bəzi dövlətlər və şəxslərin vəhşi maraqları o vandalizmə haqq qazandırmaq üçün çabalar göstərməyə cəhd edir:

 

“Çox təssuflər olsun ki, bəzən bu çabalar dünyada güya hansısa nüfuza malik olan təşkilatlarda baş verir. Bizim haqqımız var ki, bu məsələdə o beynəlxalq təşkilatları, o cümlədən BMT-ni qınayaq. Çünki illər boyu biz haqqımızı bərpa edə bilməyəndə bizə qarşı olan ədalətsizlik, etinasızlıq nə bizim, nə də dünyanın ədalətli düşünən mütərəqqi qüvvələrin yadından çıxmayıb. Öz qəbul etdiyi qərarların icrasını təmin edə bilməyən kor qurum bu gün ərazi bütövlüyümüzün müzakirəsi haqqını çoxdan itirib. Azərbaycanın sərrast və ağıllı diplomatiyası qələbə çaldı. Bütün dünya bir daha gördü ki, bu yalançı məzlum roluna girənlər vəhşi vandallardı. Onların o ərazilərdə hələ də qalması və ümumiyətlə regionda varlığı bəşəriyyət üçün təhlükəli bir xəstəlikdir”.

 

R.Hüseynov qeyd edib ki, bütün bunlarla yanaşı, istənilən halda bu bizim xeyrimizə olan proses idi:

 

“Orda revanşist qüvvələrin xəyalları püç oldu, ümid bəslədikləri beynəlxalq təşkilatlar burunlarını əzdi.  Azərbaycan nümayəndə heyəti və Azərbaycan siyasi taktikası, strategiyası növbəti dəfə bu xəstə təfəkkürün daşıyıcılarına öldürücü zərbə vurdu. Bunu bütün dünya bilsin, biz öz torpaqlarımızdan istənilən formada istifadə edə, orada istənilən qanunları tətbiq edə bilərik. Bu bizim haqqımızdır. Əgər erməni tərəfi və tərəfin havadarları buna şubhə edirlərsə, onda biz öz digər torpaqlarımız haqqında beynəlxalq hüququn imkan verdiyi tarixi faktlara söykənən əsaslarla hüquqi prosedurlara başlamalıyıq. O cümlədən, qısa zaman kəsiyində bir erməni belə bizim ərazimizdə qalmamalıdır. Onlar bu humanistliyə layiq və advekat deyillər”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin