"Gələcəkdə digər yataqlar da "Neft Daşları"nın infrastrukturuna qoşulacaq"

10:14 07-11-2019 | icon 532 | İqtisadiyyat
"Gələcəkdə digər yataqlar da "Neft Daşları"nın infrastrukturuna qoşulacaq"

“Neft Daşları”nda hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yenidən qurulub.

 

Versus.Az xəbər verir ki, bunu şirkətin prezidenti Rövnəq Abdullayev “Neft Daşları”nın 70 illik yubileyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olarkən deyib.

 

Onun sözlərinə görə, ölkənin əhəmiyyətli yataqların məhsulu “Neft Daşları”nın infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur.

 

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

 

İstismar dövründə Neft Daşları NQÇİ ölkənin  ümumi neft hasilatının 13%-ni birbaşa təmin edib. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70%-ə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin