"Dövlət bayrağımız milli birliyi təcəssüm etdirir"

11:35 07-11-2019 | icon 501 | Siyasət
"Dövlət bayrağımız milli birliyi təcəssüm etdirir"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur və ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında millət vəkili Rauf Əliyev bildirib:

 

"Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci ilin noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə kçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmişdir. 1991-ci ilin fevralın 5-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin vəsatətini qəbul edərək Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının paytaxtı Bakı Şəhərində Dövlət Bayrağı meydanının yaradılması haqqında “2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir".

 

Millət vəkili qeyd edib ki, Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayyəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlərlərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir:

 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, qətiyyətli siyasətin nəticəsində əldə olunan böyük uğurlar deməyə əsas verir ki, tezliklə işğal altında olan torpaqlarımız işğaldan azad olacaq və bu ərazilərdə Azərbaycan bayrağı qaldırılacaq". 

 

Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı