"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

13:55 07-11-2019 | icon 547 | Siyasət
"Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi"

Razi Nurullayev: "Əli Kərimli milli müxalifət pasportu paylayır və bəzi bərpa olunmaq istəyənlər də onun verdiyi pasporta malik olmaq istəyir"

 

"Elə ki, siyasi proseslər inkişaf edir, elə ki, xalqın istəkləri istər-istəməz önə keçir, elə ki, inteqrasiya üçün platforma yaranır, o zaman öz aralarında birincilik, öncüllük, "birinci mən dedim", "mən təklif etdim" yarışına girənlər, bütün uğurların və eyni düşünənlər arasında kövrək inkişafın üstünə dabanlarını basaraq onu rüşeymdəcə boğurlar".

 

Versus.Az xəbər verir ki, bu sözləri açıqlamasında AXCP sədri Razi Nurullayev deyib. Partiya sədri açıqlamasında "eks"lərin dəyirmi masasından bəhs edib:

 

"Heç iddia etmirəm ki, mən də orada olmalı idim. Zatən, orada oturanların istəməsələr belə Əli Kərimlini AXCP kimi qəbul etdiklərinə görə bu mümkün deyildi. Amma, görün nə qədər bacarıqlı, vətənini sevən, meydanlarda can qoyan, həbslərdə yatan siyasətçi kənarda qaldı. Bu, inteqrasiya deyildi, bu müxalifətin inteqrasiyasına zərbə idi".

 

Razi bəyin fikrincə, siyasi meydanda olan vətənpərvər, səmimi və xalqın yanında gerçəkdən olmaq istəyənlər bu formatı qəbul edə bilməz:

 

"Korrupsioner çevrilib şəffaf ola bilər, amma əməlləri unudula bilməz və hər kəs keçmişinə görə məsuliyyət daşıyır və daşımalıdır. Daxilən diktator təbiətlilər demokrat obrazı yarada bilər, amma fəaliyyətinin nəticəsi yenə nəticəsizliyə aparacaq. Keçmişi şərəfli, uzun illər fəaliyyəti nəticəsiz olanlar da bu qədər zamandan sonra çevrilib əmsallı siyasətçi ola bilməz. Dəyirmi masada oturanlardan Əli Kərimlinin dəvət olunması ən məntiqlisidir. O, milli müxalifət pasportu paylayır və bəzi bərpa olunmaq istəyənlər də onun verdiyi pasporta malik olmaq istəyir. Oldunuz daha. Allah xeyrinizi versin və yeni milli pasportunuz mübarək. Amma, o pasportların Azərbaycan Respublikasına da, xalqa da aidiyyatı yoxdur. Xalq baxır və həqiqətləri görür. Onun gözü o qədər mizan tərəzidir ki, qramı belə çəkir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür