"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

16:41 07-11-2019 | icon 424 | Siyasət
"Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir"

"Əli Kərimli və İsa Qəmbər alverçi təfəkkürlü insanlardır, Əli İnsanovdan pul qopartmaq istəyirlər"- Hafiz Hacıyev

Ötən gün bir neçə müxalifət partiyasının sədri və keçmiş səhiyyə naziri Əli İnsanov birgə dəyirmi masa keçiriblər. Qeyd edək ki, Əli İnsanov vaxtı ilə Səhiyyə Naziri olarkən daim Əli Kərimlini, İsa Qəmbəri və radikal müxalifətdə olan digər şəxsləri tənqid və təhqir edib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib. O deyib ki, Əli İnsanovun ağlı görünür yerində deyil:

 

"Ağlı çaşmış insandan başqa şey gözləmək də düzgün deyil. Əli İnsanov gərək vaxtı ilə söyüb, tənqid etdiyi gədələrə qoşulmayaydı. Özünün adını və ləyaqətini qoruyardı. Çünki kişinin bir üzü olar. Əli İnsanov bu məsələdə ayıq-sayıq olmalı idi. Bilməliydi ki, qoşulduğu bandit dəstəsi juliklərdən ibarətdir. O, Əli Kərimli, İsa Qəmbər, Arif Hacılının xəyanətkar olduğunu hamıdan yaxşı bilir. Əli İnsanov onlarla bir yerdə oturmaqla özünü təhqir etdi. Bir daha sübut olundu ki, heç bir dəyərlərə, əqidəyə sökənməyən insanlardır. Kimin pulu var, onu yanlarına çəkirlər. Əli Kərimli küçə uşağıdır, ondan nə siyasətçi olacaq?!".

 

Hafiz Hacıyev vurğulayıb ki, bu adamları Əli İnsanov vaxtı ilə təhqir və tənqid edib:

"Bu gün gedib onlarla oturması ən azı özünə qarşı hörmətsizlikdir. Buna görə həmişə qınanılacaq. Görürsünüz ki, hazırda hər iki tərəf onu qınayır. Bu insanları xalqımız yaxşı tanıyır. Düşünürəm ki, bu çox çəkməyəcək. Onlar bir az Əli İnsanovda pul görüblər. Əli Kərimli və İsa Qəmbər alverçi təfəkküründə olan insanlardır. 26 ildir ki, Azərbaycanın başına oyun açırlar. Müxalifətçiyəm deyib ölkədə siyasi alverlə məşğuldurlar. Sadəcə onlar Əli İnsanovdakı pulu qopartmağa çalışırlar. Onlar bir ara Rəsul Quliyevi də bu cür yanlarına çəkib, pulunu yemişdilər. Daha sonra isə atdılar. Bunların hər biri gözümüzün önündə baş verib. Onlar korrupsiyaya, özbaşınalığa görə vəzifəsindən çıxarılan insanlara qucaq açırlar. Səbəb isə onların sahib olduqları puldur. Ona görə də Əli İnsanovun onlarla birgə olması ilk öncə özünə təhqirdir". /Sonxeber.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI