Zaman-zaman bir-birinin qanını içməyə hazır olanların birlik sərgisi

19:45 07-11-2019 | icon 396 | Siyasət
Zaman-zaman bir-birinin qanını içməyə hazır olanların birlik sərgisi

"Müsavat Partiyasının ev sahibliyi etdiyi müxalifətin Dəyirmi Masa toplantısına qatılan siyasətçilər və ekspertlər demək olar ki, hamısı köhnə simalar idi - Arif Hacılı, İsa Qəmbər, Əli Kərimli, Pənah Hüseyn, Azərbaycanın Moskvadakı keçmiş səfiri Hikmət Hacızadə, “Turan” agentliyinin direktoru Mehman Əliyev və s. Müxalifətin yeni siması sayılan keçmiş səhiyyə naziri Əli İnsanov da əslində köhnə simadır. Sözün hər mənasında köhnə simadır".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DADP sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri deyib ki, zaman-zaman bir-birinin qanını içməyə hazır olan bu şəxslər dünən bir masa arxasında bir araya gəlib birlik və bərabərlik görüntüsü sərgilədilər:

 

"Sağçısı-solçusu bəlli olmayan, ideoloji yönü bilinməyən və sadəcə praqmatik maraqlarına görə bir yerə yığışan müxalifət liderlərinin bu toplantısını cəmiyyət həm sükutla, həm də passiv etirazla qarşıladı. Əli İnsanovu müxalifət liderlərindən biri kimi legitimləşdirmək və cəmiyyətə sırımaq cəhdi sıravi vətəndaşlarımızda neqativ reaksiya doğurdu. Çünki bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi. Odur ki, bu toplantı cəmiyyətin ənənəvi müxalifətə qarşı olub-qalan son inamını da büsbütün sarsıtdı".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Baba Pünhanın vəfatından 20 il ötür

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI