Azərbaycanda ilk şpris istehsalçısı olan “Diamed Co” zavodunun məhsulu Beynəlxalq “Medinex” sərgisində

22:08 07-11-2019 | icon 700 | Cəmiyyət
Azərbaycanda ilk şpris istehsalçısı olan “Diamed Co” zavodunun məhsulu Beynəlxalq “Medinex” sərgisində

Azərbaycanda ilk şpris istehsalçısı olan “Diamed Co” zavodunun məhsulu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisində yer alıb.

 

Versus.az- a verilən məlumata görə, dünən “JW Marriott Absheron Baku” mehmanxanasında səhiyyə məhsulları istehsal edən onlarla şirkəti bir araya gətirən “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisi açılıb.

 

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, deputat Musa Quliyev sərginin açılış mərasimində çıxışı zamanı “Diamed Co” zavodunun şpris istehsalını yüksək qiymətləndirib və tenderlərdə yerli istehsal olan şprislərə üstünlük verilməsinin məqsədəuyğun olduğunu deyib.

 

Millət vəkili Elman Nəsirov isə çıxışında diqqətə çatdırıb ki, qeyri-neft sektorunun inkişafı baxımından Azərbaycanda şpris istehsalının həyata keçirilməsi təqdirəlayiqdir.

 

“Diamed” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva nın sözlərinə görə, zavodda Almaniya, İsveçrə, İtaliya, Türkiyə, İngiltərə və Yaponiya avadanlıqlarından istifadə olunur.

 

Müəssisədə istehsal edilən məhsulların yerli bazarın tələbatını ödəməklə yanaşı, Rusiya, Gürcüstan, İran və Orta Asiya ölkələrinə ixrac edilməsi də nəzərdə tutulur. Bu isə “Made in Azerbaijan” brendi ilə ixrac olunan məhsulların çeşidini və sayını artırmağa imkan verəcək.

 

Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” sərgisi dünyanın 12 ölkəsini, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkəti bir araya gətirib.

 

Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribütor və istehsalçılar tərəfindən təmsil olunub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əsən Ana əlləri

Namiq Qaraçuxurlu konsert turuna BAŞLAYIR

İran XİN Brüssel görüşünə münasibət bildirib

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir