Deputat cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində  təkliflərlə çıxış edib /VİDEO/

08:04 08-11-2019 | icon 377 | Siyasət
Deputat cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində  təkliflərlə çıxış edib /VİDEO/

 Qənirə Paşayeva: “Artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır"

 

Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin səhiyyə, əmək və sosial siyasət, elm və təhsil, mədəniyyət, ailə qadın və uşaq məsələləri komitələrində müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bir sıra təkliflərlə çıxış edib.

 

Versus.Az-ın məlumatına görə, "Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən islahatları hər birimiz dəstəkləyirik" deyən Qənirə Paşayeva, 2020-ci ilin büdcə layihəsinin də yüksək səviyyədə tərtib olmasını, sosial yönümlü olduğunu xüsusi vurğulayaraq dəstəklədiyini bildirib. O, kəndlərdə yaşayan insanlarımızın bir sıra təkliflərini səsləndirərək onların da gələn ilin büdcəsində nəzərə alınmasına çağırıb.

 

Q.Paşayeva  bölgələrdə yaşayan insanlarımızın səsinin dövlət qurumlarında daha çox eşidilməli olmasının vacibliyinə toxunaraq, millət vəkili seçildiyi Tovuz rayonunun sakinlərinin bir sıra təkiflərini səsləndirib. Millət vəkili müvafiq qurumları onların həllində daha fəal olmağa çağırıb.

 

Q.Paşayeva ölkəmizin ən qədim tarixi abidələrindən biri olan Göytəpə qədim yaşayış məskəni ilə bağlı ciddi çağırış edib. Yerli alimlərimizlə, mütəxəssislərimizlə birgə Yaponiyanın, Fransanın və Almaniyanın alimlərinin birgə araşdırma və tədqiqat apardığı Tokiodan Londona qədər tədqimatı keçirilən və dünyada Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olmasını təsdiqləyən, Tovuz rayonunda yerləşən Göytəpə ilkin neolit dövrü yaşayış məskəni barədə danışıb:

 

"Cənab prezidentimiz İlham Əliyevin 2012-ci ildə Tovuza səfəri zamanı Göytəpəyə baş çəkdi. Bu ziyarətdən sonra Göytəpə arxeoloji parkının yaradılması ilə bağlı sərəncam imzaladı. Mən müvafiq qurumları bu sərəncamı həyata keçirməyə çağırıram. Bütün azərbaycanlılar adından bu arxeoloji parkın yaradılması ilə bağlı cənab prezidentin sərəncamının həyata keçirilməsi istiqamətində vəsait ayrılmalı, təcili işlərə başlanılmalıdır. Çünki işlərin ləngiməsi abidəyə özünün mənfi təsirini göstərir".

  

Q.Paşayeva təhsilə, məktəblərin tikintisi və təmirə ayrılan vəsaitlərin daha da artırılmasına ehtiyac olduğunu deyib:

“Mənim millət vəkili seçildiyim dairədəki məktəblərin bir çoxu normal tədris üçün yararlı deyil. O məktəblərin bəzilərinin ciddi təmirinə, bəzilərinin yerində yeni məktəb binasının, bəzi kəndlərdə isə yeni məktəb tikintisinə böyük ehtyac var. Təhsil işçilərinin valideyn və şagirdlərin çağırışını burada səsləndirərək Tovuz rayonunda məktəblərin tikintisini və təmirinin surətlənməsi üçün daha çox vəsaitin ayrılmasına, müvafiq qurumları qısa zamanda bu istiqamətdə daha çox işlər görməyə çağırırıq".

 

Kasıb ailələrdən olan tələbələrin təhsil ala bilməsində önəmli rol oynaya biləcək təhsil kreditləri ilə bağlı məsələlərin öz həllini tapmasına ciddi ehtiyac olduğunu xüsusi vurğulayan Q.Paşayeva deyib ki, təhsilin aşağı düşməsinə imkan verilməməlidir:

 

"Kəndlərdə təhsil düşərsə, bu, ölkəmiz üçün problemlərin əsasını qoyacaq. Valideynlərin, kasıb və orta imkanlı ailələrin övladlarını Bakıda kirayədə yaşatmaq imkanları məhduddur. Dövlət universitetlərinin yataqxanalarının artmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm. Yataqxanaların tikintisinə daha çox vəsait ayrılmasına, ilkin mərhələdə ən azı kəndlərdən gələn tələbələrin ehtiyaclarını qarşılayacaq qədər təcili şəkildə yataqxanaların tikilməsi, bu prosesin sürətlə davam etməsi vacibdir və müvafiq qurumlara bununla bağlı çağırış edirəm".

 

 Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən cənab prezidentin, ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə böyük islahatlar aparıldığını və bunun insanlar tərəfindən daha da yüksək dəyərləndiriliyini vurğulayan Q.Paşayeva fiziki imkanları məhdud uşaqlara verilən müavinətlərin artırılmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara səslənib:

 

“Autizmli uşaqların aldığı müavinət onların ayda cəmi 3-4 dəfə peşəkar mütəxəssislərdən dəstək almasına  ancaq çatır. Bu uşaqların müalicəsi təhsil və təlimlərini yüksək səviyyədə həyata keçirə bilmək üçün onlara və ailələrinə dəstək proqramları olmalıdır. Ona görə də müvafiq qurumları autizmli uşaqların müalicəsi, təhsili, təlimi və onların ailələrinə dəstək proqramı hazırlayıb qəbul etməyə çağırırıq. Autizmli uşaqların sayının ildən-ilə artmasını nəzərə alaraq bu məsələyə xüsusi diqqət yetirməliyik. Bu uşaqların ailələri ciddi dəstək gözləyir”.  

 

Aliment fondunun yaradılmasının vacibliyi barədə danışan millət vəkili “artıq SOS siqnalıdır, qısa zamanda aliment fondunun yaradılması ilə bağlı ciddi addımlar atılmalıdır" deyib. Bu istiqamətdə ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsinin irəli sürdüyü təklifləri dəstəklədiklərini deyən Q.Paşayeva çoxuşaqlı ailələrə yardım edilməsi ilə bağlı məsələyə də qısa zamanda baxılması və bu məsələnin həllini tapmasının vacibliyi barədə danışaraq müvafiq qurumlara səslənib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı