Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

08:47 08-11-2019 | icon 158 | Sağlamlıq
Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Açıq şəkildə satılan və "Vyetnam” darçını kimi tanınan növün tərkibində qan duruldan və qara ciyər fermentlərini artıra biləcək kumarin maddəsi var. Mütəxəssislər xəbərdarlıq edir ki, bu maddə daxili və beyin qanaxmasına səbəb ola bilər.

 
 
Versus.Az publika-ya istinadən xəbər verir ki, fitoterapevt Ümid Aktaş bildirir ki, açıq şəkildə satılan darçınların keyfiyyətinə güvənmək olmaz. Maliyyə baxımından ucuz başa gələn olsa belə, açıq şəkildə satılan darçınlar sağlamlığa birbaşa ziyan vura bilər.
 
Darçının fərqləri
Darçın tibbdə istifadə edilir, zəhərli deyil. İstifadəyə yararlı iki növü var- seylan və Çin darçını. Seylanın ətri daha xoş, dadı daha gözəldir. Buna görə də qida maddələrində istifadə edilir. Çin darçınının isə təsiri daha çoxdur. Qoxusu daha fərqlidir. Darçın bahalı bitki olduğu üçün fərqli üsullarla hazırlanır. Vətəni Şri-Lanka, Vyetnam və İndoneziyadır. Darçının emal üsulları fərqlidir. O, bitkinin odun tərəfindən götürülür. Seylan darçınında isə bu odun hissəsi çıxarılır. Odun əsasən istifadə edilməməlidir. Lakin daha çox qazanc əldə etmək üçün odun hissəsini də əmtəəyə çevirənlər var.
 
 
Seylan darçını 10 manata başa gəlir, lakin 100 manata satılır. Çin darçını isə1 manata başa gəlsə də 100 manata satılır. Buna görə də həqiqi darçını digərlərindən fərqləndirmək olmur. Darçının tərkibində "ojenol” maddəsi var. Ancaq odun hissəsində yüksək miqdarda kumarin də mövcuddur. Kumarin qan duruldan, qara ciyər fermentlərini artıra biləcək maddə olduğu üçün təhlükə yaradır.
Hamilələr, diqqət!
Seylan darçınında isə bu maddə olduqca az miqdardadır. Yüksək miqdarda kumarin qəbul etmək qaraciyər çatışmazlığına yol aça bilər. Hamilə qadınlar isə ümumiyyətlə qəbul etməməlidir. Darçından ən çox şəkər xəstələri istifadə edir. Bu baxımdan onların daha çox diqqət etməsi vacibdir.
 
 
Necə etməli?
Bu təhlükələrdən uzaq qalmaq üçün nəinki darçını, heç bir ədviyyatı açıq şəkildə almamaq vacibdir. Toz şəklinə salınmış bütün ədviyyatlarda qarışıq maddələr var. İşbazlar bununla ədviyyatın miqdarını artırmağa çalışırlar. Ədviyyatın içinə kirəmit tozundan una qədər qarışdırırlar.
 
Darçının yüzlərlə faydası olduğu kimi zərərləri də var. Xüsusilə, tünd rəngli darçının tərkibində yüksək miqdarda kumarin olur. Buna görə də açıq rəngli darçın almaq lazımdır. Toz darçından uzaq durmaqda fayda var. Bu qədər faydalı bitkilərin ucuz satılması normal deyil. Onların hər qramı qızıl dəyərindədir.
 
 
Saxlanma qaydası:
Plastik torbalarda aldığınız darçını şüşə qabda saxlayın. Sərin və qaranlıq yerə qoyun.
 
 
Təbii darçını necə tanımalı?
Yaxşı darçını digərlərindən ayırd edə bilmək üçün onu qırın. Qırılan zaman ətrafa xoş qoxu yayılacaq. Ətri xüsusilə dəmləndikdən sonra ortaya çıxacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Futboldakı problemləri açıb tökdü

Atəşkəs rejimi 22 dəfə pozulub

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Sabahın hava proqnozu

Ermənilər Xocalıda at oynadır

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"

Milli Məclisə yeni sədr seçiləcək

Yerevandan Xocalı aeroportu ilə bağlı AÇIQLAMA:

Sevgi romanı" bədii filminin qala gecəsi keçirildi