“Qondarma Erməni soyqırımı” məsələsində Yunanıstanı məsuliyyətli davranmağa dəvət edirik”

09:07 08-11-2019 | icon 405 | Dünya
“Qondarma Erməni soyqırımı” məsələsində Yunanıstanı məsuliyyətli davranmağa dəvət edirik”

Türkiyənin Xarici İşlər Nazirliyi Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Ermənistana səfəri çərçivəsində 1915-ci il hadisələrilə bağlı açıqlamalarına mövqe bildirib.

 

Versus.Az xəbər verir ki, Türkiyə XİN-in sözçüsü Hami Aksoy deyib ki, Yunanıstan Türkiyəyə qərəzli münasibətdə olan ölkələrə dəstək verməkdə davam edir. 

 

O bildirib ki, amma rəsmi Ankara Yunanıstanın türklərə və digər Osmanlı vətəndaşlarına tarixdə etdiyi qəddarlıqları unutmayıb:

“Yunanıstanın sistematik olaraq Osmanlı İmperiyasının müstəqillik dövründə və sonrakı dönəmlərdə türkləri və müsaəlmanları necə məhv etməsi tarixi faktlarda yer alıb. Tarixdəki bu qanlı faktlardan qisasçılıq üçün deyil, ibrət üçün dərs almaq inamında olan Türkiyə bu tarixi gerçəkliklərin əlbəttə fərqindədir. Ölkəmiz əleyhinə olan fəaliyyətləri dəstəkləməyin Yunanıstana heç bir fayda gətirməyəcəyini xatırlatmaq məcburiyyətindəyik”.

 

Türk diplomat əlavə edib ki, Yunanıstan tərəf iki ökə arasındaki əməkdaşlığa xələl gətirəcək qondarma “erməni soyqırımı” məsələsini dəstəkləməsinin məsuliyyətini dərk etməlidir:

“Biz bölgəmizdə sülh, sabitlik və rifah istəyirik və  Yunanıstanı bundabn sonra daha məsuliyyətli davranmağa dəvət edirik. Digər tərəfdən, 1915-ci olayları mövzusunda Türkiyənin mövqeyi hörmətli prezidentimizin hələ Baş Nazir olduğu  dövrdə, 2014-ci il aprelin 23-də etdiyi açıqlamada konkret olaraq ortaya qoyulub. Başqa bir izahata ehtiyac duymuruq”. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin