"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

18:43 09-11-2019 | icon 424 | Siyasət
"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Fuad Əliyev: "YAP-dan başqa bələdiyyə seçkilərinə qoşulan partiyaların heç birinin gücü və elektoratı çatmaz ki..."

 

Seçkidə iştirak edəcək 12 partiyadan yalnız ikisi parlamentdən kənarda olan partiyadır. Qalanları parlament partiyalarıdır. Seçkidə iştirak edən partiyalara İctimai Televiziyada ödənişsiz efir vaxtı ayrılacaq. Ancaq bunun üçün həmin partiyanın ölkə üzrə bələdiyyələrin ən azı yarısında namizədləri qeydə alınmalıdır.

 

Şübhəsiz ki, hakim Yeni Azərbaycan Partiyasından başqa da hansısa partiyalara efir vaxtı ayrılacaq ki, debat alınsın. Bəs YAP-dan başqa digər həmin 11 partiyanın ölkə üzrə mövcud olan 1606 bələdiyyənin yarısında namizəd irəli sürmək resursu varmı?


Seçkiyə qatılmayanlar partiyalar isə fərqli düşünür. Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev "Yeni Müsavat"-a açıqlamasında bildirib ki, bələdiyyə seçkilərində iştirak edən partiyalar öz namizədlərini irəli sürməsində heç bir problemlərlə üzləşməyəcəklər:

 

"Çünki, onlara yerli hakimiyyət strukturlarından kömək olacaq" (Qeyd: ALDP Mətbuat Xidməti bildirir ki, ALDP sədri Fuad Əliyev belə fikirlər səsləndirməyib. Onun suala verdiyi cavabını Qeyd olan hissəsində tanış ola bilərsiz): “Bu gün YAP-dan başqa heç bir partiyanın 125 dairədən, 1606 bələdiyyəyə irəli sürəcək namizədləri yoxdur. Bu, mümkün olan şey deyil. Problemin ikinci tərəfi odur ki, proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı. Seçkidə müstəqil formada iştirak edirlər. Amma çox məhdud sayda. YAP-dan başqa bələdiyyə seçkilərinə qoşulan partiyaların heç birinin gücü və elektoratı çatmaz ki, bütün dairələrdən namizədlər verə bilsinlər. Ödənişsiz efir vaxtından da ancaq YAP istifadə edəcək”.


Qeyd: ALDP sədri Fuad Əliyevin suala cavabı belə olub:


"Bələdiyyə seçkilərində iştrak edən partiyalar öz namizədlərini irəli sürməsində heç bir problemlərlə üzləşməyəcəklər. Çünki, onlar seçkilərdə təcrübə qazanmış siyasi qurumlardır. Amma reallıqda belə deyil. Bu gün YAP-dan başqa heç bir partiyanın 125 dairədən, 1606 bələdiyyəyə irəli sürəcək namizədləri yoxdur. Bu mümkün olan şey deyil. Problemin ikinci tərəfi odur ki, proporsional seçki sistemi ləğv olunandan sonra vətəndaşlarda partiyalara maraq azaldı. Seçkidə müstəqil formada iştrak edirlər. Amma çox məhdud sayda. YAP-dan başqa bələdiyyə seçkilərinə qoşulan partiyaların heç birinin gücü və elektoratı çatmaz ki, bütün dairələrdən namizədliklərini verə bilsinlər. Ödənişsiz efir vaxtından da ancaq YAP istifadə edəcək".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin