Bakıda Dövlət Bayrağı Günü münasibətilə növbəti iməcilik keçirilib

21:55 09-11-2019 | icon 318 | Cəmiyyət
Bakıda Dövlət Bayrağı Günü münasibətilə növbəti iməcilik keçirilib

Bakıda Dövlət Bayrağı Günü münasibətilə növbəti iməcilik keçirilib.

 

Bakı Şəhər İcra Hakimiyyətindən Versus.Az-a verilən məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə paytaxtın Qaradağ rayonunda əsas magistral yol boyunca olan ərazidə növbəti iməcilik təşkil edilib. İməcilikdə qurumların rəhbərləri və əməkdaşları, təsərrüfat xidmətlərinin işçiləri, ümumulikdə 1000 nəfərə qədər insan iştirak edərək 1000-dən çox yeni ağac, əsas etibarilə Eldar şamı, kiparis və digər ağaclar əkiblər.

 

Ağacların əkini üçün nəzərdə tutulan ərazi daş və digər tullantılardan təmizlənib, əkiləcək ağacların və digər yaşıllıqların suvarılması üçün su xətləri çəkilib.


Ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin prioritet məqsədlərindən biridir. Son illər ərzində Azərbaycanda yaşıllaşdırılma və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilir, geniş abadlaşdırma işləri görülür, ölkə şəhərlərində yaşıllaşdırma səviyyəsi getdikcə artır.

 

Dövlət Bayrağı Günündə keçirilən iməcilikdə yol boyunca əkilən yeni ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

 

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı