Deputat Şimali Makedoniyada Qarabağ həqiqətlərindən danışıb

22:12 11-11-2019 | icon 342 | Siyasət
Deputat Şimali Makedoniyada Qarabağ həqiqətlərindən danışıb

Şimali Makedoniyada MATÜSİTEB - Makedoniya Türk Sivil Toplum Teşkilatları Birliğinin bu ölkənin Mədəniyyət nazirliyinin dəstəyi ilə təşkil etdiyi, Balkan ölkələrindən və qardaş Türkiyədən gəlmiş çoxlu sayda millət vəkillərinin, siyasətçilərin, aydınların, fəal gənclərin, QHT və KİV nümayəndələrinin iştirakı ilə keçirilən 5-ci Yahya Kemal Beyatlı Şiir Festivalının açılışında  çıxış edən millət vəkili Qənirə Paşayeva ölkəmizin tarixi, bu günü, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları, Azərbaycan-Makedoniya münasibətlərinin getdikcə daha da inkişafından danışıb.

 

Versus.Az-ın məlumatına görə, Q.Paşayeva həmçinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, minlərlə azərbaycanlını qətlə yetirməsi, soyqırım törətməsindən də söz açıb:

 

“Ermənistan Xocalı, Qaradağlı, Bağanıs-Ayrım soyqırımlarını törədib. Minlərlə azərbaycanlını əsir və girov götürərək onlara qarşı amansız işgəncələr həyata keçirib, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinin və digər beynəlxalq təşkilatların Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini tələb edən qətnamələri yerinə yetirmir. 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan vermir.”

 

Q.Paşayeva Azərbaycan həqiqətlərinin Şimali Makedoniya ictimaiyyətinə daha geniş çatdırılması istiqamətində makedoniyalı ictimai-siyasi xadimlərin, şair və yazarların, gənc fəalların, aydınların, QHT və KİV təmsilçilərinin öz səylərini daha da artıracağına inandığını dilə gətirib. O bildirib ki, harada doğulub harada yaşamasından, entik mənsubiyyətindən və dini kimliyindən asılı olmayaraq ədalətin, insanlığın yanında olan hər bir insan Ermənistanın törətdiyi vandadlizm aktlarına, soyqırımlara laqeyd qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı və ədalətin, Azərbaycanın haqlı mübarizəsinin yanında olmalıdır.

 

Millət vəkili tədbir zamanı iştirakçılara Azərbaycan mədəniyyəti ilə bərabər Qarabağ həqiqətlərinə dair materiallar, kitablar təqdim edib və onları Azərbaycana dəvət edib.

Q.Paşayeva tədbirdən sonra Şimali Makedoniyanın, Balkan ölkələrinin və qardaş Türkiyənin bir sıra KİV-nə müsahibələr verib və onları maraqlandıran sualları da cavablandırıb.

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür

Klipi üçün 10 kilo çəki atdı