İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

22:22 11-11-2019 | icon 833 | Dünya
İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

İraq Türkməneli Partiyasının başqanı, türkmənlərin milli lideri Riyaz Sarıkahyanın böyük qardaşı Yılmaz Sarıkahya Ankarada haqqın rəhmətinə qovuşub. İraq türkmənlərinin tarixində böyük və şərəfli yer tutan Sarıkahyalar ailəsinin böyük oğlu Yılmaz Sarıkahyanın cənazəsi bu gün gecə saatlarında Ankaradan Kərkükə gətiriləcək.

 

Versus.Az xəbər verir ki, İraq Türkməneli Partiyasının rəsmisi Yılmaz Hüseynin sözlərinə görə, sabah səhər saatlarında dəfn mərasimi olacaq, Yılmaz Sarıkahya canından çox sevdiyi Kərkükdə torpağa tapşırılacaq:

 

“Onun dünyasını dəyişməsi təkcə ailəsi, yaxınları üçün deyil, bütün türkmənlər üçün ağır itkidir. Qiymətli böyüyümüz, ağsaqqalımız Yılmaz Abimizin xatirəsi həmişə qəlbimizdə yaşayacaq. O, aramızdan cismanı olaraq ayrılıb. Onun işıqlı xatirəsi bizimlə olacaq”.

 

Versus.az İnformasiya Agentliyinin kollektivi də İraq Türkməneli Partiyasının başqanı Riyaz Sarıkahyaya, Sarıkahyalar ailəsinə, Türkmən xalqına başsağlığı verir. ALLAH rəhmət eləsin. Məkanı cənnət olsun.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi