BSU-da Azərbaycan plovu günü

15:24 17-04-2018 | icon 1045 | Təhsil
BSU-da Azərbaycan plovu günü

Aprelin 16-da Bakı Slavyan Universitetində Azərbaycan plovu günü adlı tədbir keçirilib.

 

BSU-dan Versus.az-a verilən məlumata görə, tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Petr Vaqner, Belarusun Azərbaycandakı konsulu İnessa Pavlovskaya, Rusiyanın Azərbaycandakı səfirinin müşaviri İqor Petroviç, ombudsman Elmira Süleymanova, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova, Hesablama Palatasının auditoru Mehriban Alışanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Gülarə Məmmədova və Qəmər Kərimova, Trend İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər rəsmi şəxslər iştirak ediblər.

 

Tədbiri BSU-nun rektoru, professor Nurlana Əliyeva açaraq qonaqları salamlayıb, tədbirin mahiyyəti barədə onlara qısa məlumat verib. O, aprelin 11-də keçirilmiş prezident seçkilərinin Azərbaycan xalqının milli dövlətçilik ideyasına sədaqətini, onun siyasi aktivliyini və dövlət rəhbərinə dərin məhəbbətini bir daha nümayiş etdirdiyini bildirib. N.Əliyeva deyib ki, seçkilər Azərbaycanda demokratiyanın, söz azadlığının, insan haqlarının tam bərqərar olunduğunu, xalqın müstəqil seçim hüququna hörmətlə yanaşıldığını göstərdi. O, ümummilli liderin müəyyən etdiyi azərbaycançılıq siyasətinə söykənən milli dövlətçilik ideyasının ölkəmizin bütün tədris müəssisələrində gənclərə aşılanmasını qarşıda duran ən vacib məsələ olduğunu bildirib. Rektor qeyd edib ki, milli ideologiyanın tərkib hissələrindən biri də xalqın mətbəx mədəniyyətidir:

 

“Mətbəx ölkədəki ictimai-siyasi durumu, sosial-iqtisadi vəziyyəti, ölkənin rifah halını, xalqın həyat şəraitini və həyat fəlsəfəsini göstərən başlıca faktorlardandır. Dövlət başçısının xüsusi qayğı və göstərişi ilə ilboyu təşkil olunan yarmarka və kənd təsərrüfatı məhsulları sərgisi insanlarımızın keyfiyyətli və sağlam ərzaq məhsulları ilə təminatına yönəlmiş real addımlardandır”.

 

BSU rektoru Azərbaycan mətbəxini həm də xalqın mənəvi dəyərlərinin, qonaqpərvərliyinin, insanpərvərliyinin əsas xüsusiyyətlərindən biri kimi dəyərləndirib:

 

“Azərbaycan xalqının tarixən çox zəngin mətbəx mədəniyyəti, incə və ləziz süfrə açmaq qabiliyyəti olub. Əsrlərin dərinliklərindən gələn bu zənginlik həm də bizim qonaqpərvərliyimizin, dostsevərliyimizin və açıqürəkliyimizin göstəricisidir. Bu gün dövlətimizin yürütdüyü səmərəli iqtisadi siyasət bu zənginliyi nəinki qoruyub saxlamağa, həm də onu artırmağa, onun növ və çeşidlərinin üzərinə yenilərini əlavə etməyə imkan verib. Xalqın yüksələn rifahı həmişə onun mətbəx mədəniyyətinin keyfiyyət və kəmiyyət göstəricilərinin yüksəlişi ilə müşayiət olunub və bu gün də olunmaqdadır”.

Rektor Azərbaycan xalqının yaradıcı təxəyyülünün bu sahədə heç bir sərhəd tanımadığnı qeyd edib:

 

“Adicə bir plovun görün neçə növü var - “Səbzi plov”, “Şah plov”, “Döşəmə plov”, “Fisincan plov”, “Lobya plov” və başqaları. Bu sıranı mən istənilən qədər artıra bilərəm. Dünyada Azərbaycan plovu qədər dadlı bir nemət tanımıram. Əgər bu sahədə hər hansı bir beynəlxalq müsabiqə keçirilsə, inanıram ki, Azərbaycan plovu birinci yeri tutar”.

 

O, BSU-da Azərbaycan plovu gününün qeyd edilməsinin gənclərimizdə milli mətbəximiz haqqında fikir yaratmaq, onlara milli mətbəximizi sevdirməklə yanaşı, həm də Azərbaycan mətbəxini slavyan ölkələrinin xalqlarına və ümumiyyətlə, bu zəngin mədəniyyəti dünyaya tanıtmaq məqsədi daşıdığını bildirib. Rektor bu ənənənin davam etməsini arzu etdiyini də diqqətə çatdırıb. Bu məqsədlə tədbirdə Mədəniyyət və Turizm Nazirliyinə müraciət qəbul olunub.

 

Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, ombudsman Elmira Süleymanova çıxışlarında bu tədbiri Azərbaycan mədəniyyətinin təbliği istiqamətində atılan mühüm addım kimi dəyərləndiriblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı