"Qərar məhkəmə tərəfindən verilməlidir"

15:38 12-11-2019 | icon 330 | Siyasət
"Qərar məhkəmə tərəfindən verilməlidir"

Seçkilərdə imzaların vətəndaş tərəfindən atılmaması, imzanın vətəndaşın özünə məxsus olmaması barədə olan iddialarla bağlı qərar məhkəmə tərəfindən verilməlidir.

 

Versus.Az xəbər verir ki, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

O qeyd edib ki, seçki hüquqları ilə bağlı işlərə məhkəmələrdə baxılması halları bütün sivil ölkələrdə var və biz də ölkəmizdə belə halların olmasına görə narahat olmamalıyıq:

"Azərbaycan Avropa ölkələri ailəsinin üzvüdür. Bu ailənin də ümumi tələbləri və qaydaları var. Bu qaydalar isə çox sivildir. Azərbaycan daxilində seçki prosesləri elə həyata keçirilməlidir ki, ölkə vətəndaşının Avropa Məhkəməsinə çıxmaq hüququ pozulmasın. Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın və bunlar bizim dövlətçilik ideyalarımıza kölgə salmasın. Ümumi mənzərədən baxılarsa, Azərbaycanda bu istiqamətdə görülən işlərin hər biri öz layiqli yerindədir".

 

M.Pənahov əlavə edib ki, bütün sahələrdə olduğu kimi seçki sahəsinin də nə qədər inkişaf etdiyi göz qabağındadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI