Hirkan milli parkında ilk veloyürüş keçirilib

15:56 12-11-2019 | icon 375 | Cəmiyyət
Hirkan milli parkında ilk veloyürüş keçirilib

Azərbaycanın Dövlət Bayrağı və Konstitusiya günləri ilə əlaqədar noyabrın 11-də Hirkan milli parkında “Velosiped sürək, ətraf mühiti qoruyaq” devizi altında ilk veloyürüş keçirilib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Versus.Az-a verilən məlumata görə, yürüşdə Azərbaycan Velosiped İdman Federasiyasının, Respublika Olimpiya Velosiped məktəbinin nümayəndələri və həvəskar velosipedçilər iştirak edib. 344 velosipedçinin qatıldığı tədbirdə 10 km məsafə qət olunub. Bunu jurnalistlərə açıqlamasında Hirkan milli parkının direktoru Azər Mirzəyev bildirib.

 

O qeyd edib ki, veloyürüşün keçirilməsində məqsəd milli parklarda ekoturizmin inkişafına nail olmaq, insanları ətraf mühitin qorunması, sağlamlaşdırılması tədbirlərinə dəstək olmağa çağırmaq, sağlam həyat tərzini və sağlam istirahət günü ənənəsini təbliğ etməkdir. Hamıya tövsiyə edirəm ki, yaşından asılı olmayaraq velosiped sürsünlər, sağlam həyat yaşasınlar. Sağlam bədən sağlam ətraf mühitdə formalaşır, ona görə də sağlam olmaq üçün hamı velosiped sürsə yaxşıdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin