QHT “qapı-qapı” gəzir: 31 uşaqla bağlı tədbir görülüb

16:31 12-11-2019 | icon 357 | Cəmiyyət
QHT “qapı-qapı” gəzir: 31 uşaqla bağlı tədbir görülüb

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə yeni layihənin icrasına başlayıb.

 

Layihə “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi”ni əhatə edir.

 

Versus.Az xəbər verir ki, layihənin icrasına 11 sentyabr 2019- cu ildən başlanılıb. Layihənin icrası müddətində 31 uşaq “Günərzi” Mərkəzinə cəlb edilir. Mərkəzə cəlb edilən uşaqların hamısı dərhal tibbi müayinədən keçirilib.

 

İlkin psixoloji diqanostikadan keçdikdən sonra psixoloji travması müəyyən edilən uşaqlarla dərinləşmiş psixoloji reabilitasiya proqramı müəyyən edilib.

 

 

Mərkəzə cəlb edilmiş uşaqların 26-sı təhsil alır və onların təhsil proqramları ilə pedaqoqlar  məşğul olur. Uşaqların hər biri təhsil ləvazimatları, eləcə də məktəb geyimi, digər ehtiyaca uygun geyimlər və gigeyinik ləvazimatlarla təmin edilib.

 

5 uşağın sənədlərinin bərpasına dair məhkəmə və icra strukturlarına müvafiq müraciət olunub.

 

17 uşağın valideynləri ilə ayrıca görüşlər keçirilib, onlara hüquqi, psixoloji yardım göstərilib.

 

Layihənin effektivliyi və təbliği məqsədi ilə Binəqədi ərazisində çətin vəziyyətdə olan ailələrin evlərinə səfər edilib, layihə ilə bağlı hüquqi məlumatlar verilib, sosial xidmətlərə əlçatanlığı mümkün etmək üçün onlara hərtərəfli məlumatlandırma işi aparılıb.

 

“Qapı-qapı” aksiyası zamanı  15 ailədə görüş keçirilib və tədbirlər davamlı olacaq.

 

Bu ayın fəaliyyətləri içərsində əlavə olaraq, “Uşaq hüquqları” mövzusunda uşaqlar üçün təlimlər, Bayraq gününə hazırlıq və bayraq müsabiqəsi, Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elan etdiyi “Şiddətin rəngi” rəsmlərdə adlı müsabiqənin uşaqlar üçün mini variantı həyata keçirilib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı