İnvestisiyalardan qazanan MİLYARDERLƏR

00:55 13-11-2019 | icon 324 | Maraqlı
İnvestisiyalardan qazanan MİLYARDERLƏR

İnvestisiyalar üçün bir çox imkanlar var, lakin çox az adam uğurlu investisiya etməklə böyük gəlir əldə edə bilir. Məhz buna görə də uğurlu investorların strategiyalarını nəzərdən keçirməyə dəyər.

 

Bir qayda olaraq, bu investorlar həm iqtisadiyyatın ənənəvi sahələrinə, həm də qabaqcıl  texnologiyalara yatırım etməklə öz portfellərini diversifikasiya edirlər.

 

Analitiklər və strateqlər qeyd edirlər ki, məhz diversifikasiya əksər riskləri azaltmağa və uzunmüddətli perspektivdə gəliri optimallaşdırmağa kömək edir.

 

Beləliklə, yeddi milyarderin investisiyada strategiyalarını və nəyə yatırım etməyə üstünlük verdiklərini təqdim edirik.

Larri Peyc

 

“Google”ın təsisçilərindən biri ən müxtəlif şirkətlərə yatırım edir. Uçan avtomobillərdən  tutmuş kosmik gəmilərin  hazırlanması isə məşğul olan şirkətlərin səhmlərinin sahibidir.

O, vəsaitin əsas hissəsini aşağıdakı şirkətlərə yatırıb:

“Tesla”

“Kitty Hawk”

“Opener”

Ceff Bezos

 

“Amazon”un təsisçisi portfoliosu uzunmüddətli investisiyalar ətrafında cəmləşən uğurlu sahibkarlardan biridir. O, zamanla inkişaf edəcək şirkətlərə yatırım etməyə üstünlük verir. Bezos iri telekommunikasiya şirkətlərinə və aerokosmik sahədə startaplara pul yatırır.

Onun əsas investisiyaları:

“Washington Post”

“Blue Origin”

“Uber”

Karlos Slim

 

Əvvəllər Karlos Slim dünyanın ən zəngin adamı idi. Meksikalı maqnat neft şirkətlərindən telekommunikasiya şirkətlərinə qədər ən müxtəlif sahələrə sərmayə yatırır.

O, hazırda aşağıdakı şirkətlərə pul qoyur:

“Realia Business”

“The New York Times”

YPF

Mark Zukerberq

 

“Facebook”un təsisçisi startapları sevir. O, süni intellektin inkişaf etdirilməsinə, eləcə də proqramların hazırlanmasına sərmayə yatırır.

Onun əsas investisiyaları:

“Vicarious”

“Walk”

“Asana”

Bill Qeyts

 

Bill Qeyts “Microsoft”un təsisçilərindən biridir, lakin hazırda aktiv surətdə xeyriyyəçiliklə məşğuldur. Buna baxmayaraq, onun portfoliosu olduqca müxtəlifdir. O, qida və səhiyyə məhsullarının gələcəyinə inqilabi dəyişikliklər gətirə biləcək şirkətləri axtarır.

Qeyts əsasən aşağıdakı şirkətlərə yatırım edir:

“Breakthrough Energy”

“Ventures”

“Berkshire Hathaway”

“Coca-Cola”

Bernar Arno

 

Fransalı milyarder Bernar Arno əsasən paltar olmaqla, lüks dərəcəli mallar hesabına varlanıb. O, LVMH qrupunun sahibidir, əla zövqü var, eləcə də ona nəyin gəlir gətirəcəyini əla bilir.

Arno aşağıdakı şirkətlərə investisiya edir:

“Louis Vuitton”

“Christian Dior”

Vorren Baffet

 

İnvestisiya deyərkən ağıla gələn ilk adlardan biri əfsanəvi investor Vorren Baffetdir.

O, ABŞ-dan kənarda ən uğurlu investor kimi tanınır. Baffetin öz strategiyası var ki, onun sayəsində o, dünyanın ən zəngin adamlarından birinə çevrilib. O, əvvəllər bank sektoruna və KİV-ə sərmayə yatırırdı, lakin indi o, başqa variantları da nəzərdən keçirir.

Onun əsas investisiyaları:

“Amazon”

“Apple”

“Coca-Cola”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı