Qadının ən gizli orqanının sirri açıldı

01:31 13-11-2019 | icon 854 | Sağlamlıq
Qadının ən gizli orqanının sirri açıldı

ABŞ universitetinin alimləri qadın bədənin ən gizli və sirli nahiyəsi olan klitorun hansı funksiya daşıması barədə araşdırma aparıb, onun təkcə cinsi akt və həzz üçün yaradılmadığını sübut ediblər.

 
 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki,  alimlər klitorun yumurtahüceyrənin yetişməsi və mayalanmasında da rol oynadığını araşdırıb.
 
 
Alimlər 1997-2017-ci illərdə aparılmış 15 tədqiqatın nəticələrini bir daha analiz edərək, klitorun bir orqan kimi fəaliyyətini incələyiblər. 
 
Bu çox kiçik xarici orqan əzələ, sinir və qan damarları ilə zəngindir. Cinsi istək zamanı qanla dolaraq ölçüsünü dəyişir. 
 
Bu orqanın qadını intim əlaqəyə hazırlaması barədə yekdil fikir yanlışdır.
 
 
Çünki qadına təkcə ehtiras yox, nəsil artırmaq missiyası düşür. Klitorun stimulyasiyası uşaqlıq və yumurtalıqlarda bir sıra dəyişikliklər yaradır, hansı ki, mayalanma və hamiləlik üçün vacibdir. 
 
 
Bu zaman uşaqlıq yolu qan və xüsusi maye ilə təmin olunur ki, spermalar yaxşı irəliləyə bilsin. Eləcə də qadın orqanlarının temperaturu artır. 
 
 
Digər vacib məqam, klitor stimulyasiyası zamanı uşaqlıq boynunda uzanma və yuxarı doğru qalxma prosesi olur ki, bu zaman orda daha çox sperma yığılır. Spermatozoidlərin burda keçirdiyi vaxt ərzində onlar aktivləşir. 
 
 
Ona görə də bu xarici orqan döllənmə üçün yaradılıb və lazımsız bir hissə deyil - deyə alimlər bildirir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür