Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək

08:27 13-11-2019 | icon 50 | İncəsənət
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək

Noyabrın 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək.

 

Versus.Az xəbər verir ki, biennalenin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttfaqıdır.

 

Bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaqdır.

 

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq. 

 

Həmçinin UNESCO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı təşkil olunacaq, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.  

 

“Alüminium” VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaq. /APA/

 

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər.

 

Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

713- ün HOÇAZDA SON ŞƏHİDİ

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

“Həyəcan” düyməsi

"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

"Mənim ixtiyarım öz əlimdə deyil"

Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib

72 yaşlı Əməkdar artist gözəlliyinin sirrini açdı

Azərbaycan idmançılarının da iştirak etdiyi döyüşlər başlayır

Milli Məclisin adı dəyişdiriləcəkmi?

Alimlərin 100 ildir “baş sındırdığı” fiziki məsələni tələbə həll etdi