Bu məzunlar yenidən buraxılış imtahanı verməli olacaq

15:51 17-04-2018 | icon 649 | Təhsil
Bu məzunlar yenidən buraxılış imtahanı verməli olacaq

2019-cu ildə ali məktəblərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları da cari ilin məzunları kimi iki mərhələli imtahanda - buraxılış və qəbul imtahanlarında iştirak etməli olacaqlar.

 

Versus.Az xəbər verir ki, bunu Dövlət Imtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, ümumilikdə hər il qəbul imtahanlarında iştirak edənlər əsasən cari ilin məzunları olurlar.

 

M.Abbaszadə qeyd edib ki, əgər əvvəlki ilin məzunları ali məktəbə orta məktəbi bitirdikləri ildə deyil, bir neçə ildən sonra qəbul üçün imtahanda iştirak etmək istəyirlərsə, öz biliklərini təkmilləşdirməli və müasirləşdirməlidirlər:

 

"Əvvəlki illərin məzunları hansı ildə qəbul imtahanlarında iştirak edəcəklərsə, həmin ilin tədris proqramları ilə tanış olmalıdırlar. Hazırda 9-cu sinif bazasından kolleclərə qəbul buraxılış imtahanları əsasında aparılır. Ona görə də 9-cu sinfi bitirə bilməyən şagirdlər üçün ayrıca buraxılış imtahanı təşkil olunur. Əvvəlki illərin məzunları da belə imtahana ayrı bir gündə qatılırlar. 1 il əvvəldən deyə bilmərəm ki, 2019-cu ilin buraxılış imtahanlarının cədvəli necə olacaq. Lakin həmin ildə əvvəlki illərin məzunları da cari ilin məzunları kimi ali məktəblərə qəbul üçün iki mərhələli - buraxılış və qəbul imtahanlarında iştirak etməlidirlər".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı