Metroda qatarların intervalında gecikmələr olub

09:43 13-11-2019 | icon 253 | Sosial
Metroda qatarların intervalında gecikmələr olub

Bakı metrosunda qatarların hərəkət intervalında gecikmələr yaranıb.

 

Versus.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

 

Onun sözlərinə görə, hadisəyə səbəb sərnişin sıxlığıdır:

"Bəzi stansiyalarda bu gün səhər saatlarında sərnişin sıxlığı yaranıb. Stansiyalarda sərnişinlər qatarların qapılarını tutub saxlayıb və bu da qatarın 20-30 saniyə gecikməsi ilə nəticələnib. Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldıb. Nəticədə bəzi stansiyalarda interval 4-5 saniyə, "İçərişəhər" və "20 yanvar" stansiyaları istiqamətində isə 5-7 dəqiqəyə çatıb. Hazırda intervalın azaldılması istiqamətində işlər görülür".

 

B.Məmmədov bildirib ki, stansiyalarda və tuneldə heç bir qatarda nasazlıq və ya digər texniki problem yaranmayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI